Tanınmış müxalif partiyasının lideri Smitlə dost çıxdı...

 
ABŞ Konqresinə təqdim olunan “Azərbaycanda demokratiya Aktı”x9d adlı sanksiyaları nəzərdə tutan qanun layihəsinə ölkəmizin müxalifət düşərgəsində birmənalı münasibət yoxdur. Bəzi müxalifət təmsilçiləri bəyan edir ki, 14 maddədən ibarət həmin qanun layihəsinin 20 faizi Azərbaycan hakimiyyətinin təmsilçilərinə sanksiyaları nəzərdə tutsa da, 80 faizi Azərbaycan xalqına qarşıdır. 

Məsələn, bu bəyanatla Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli çıxış edib. O qeyd edib ki, hər kəs qanun layihəsini diqqətlə oxusun. O zaman layihənin 80 faizinin Azərbaycan xalqına qarşı olduğunu görə bilər. 

Bəs partiya sədrləri sözügedən qanun layihəsini oxuyublarmı və təəssüratları nədir?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, layihə ilə tanışdır və bu məsələ çox ciddi müzakirə olunmalıdır: “Bu məsələ ətrafında müxtəlif mövqelərin dinlənilməsi lazımdır. Belə bir vəziyyətin ortaya çıxmasına səbəb olan faktorlar ciddi şəkildə öyrənilməlidir. Azərbaycan ətrafındakı o cür tendensiyaların ölkəmizin milli təhlükəsizliyi, dövlət maraqları və mənafeləri üçün təhdidləri öyrənilməlidir və bu məsələ ilə bağlı bir ümummilli mövqe hazırlanmalıdır. Mühüm olanı Azərbaycan barəsində bu tipli təhlükələri yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Demokratikləşmə istiqamətində ciddi islahatların aparılması belə sərt layihələrin qəbul edilməsinin qarşısını alan ciddi addım olar. Bu, həm də Azərbaycanın milli təhlükəsizlik məsələsidir. Biz belə bir çağrı ilə qarşı-qarşıyıq və buna adekvat cavablar tapılmalıdır. Azərbaycan dövlətinin taleyi üçün əsas məsuliyyət daşıyan şəxs olaraq prezident İlham Əliyev bu məsələ ətrafında Azərbaycanın siyasi müxalifətinin də mövqe rəylərini dinləməlidir, ortaya ümummilli mövqe qoyulmalıdır. Dövlət başçısı səviyyəsində böyük bir toplantının təşkil olunmasına ehtiyac var. İlk növbədə siyasi məhbuslar kimi tanınan şəxsləri azad eləmək lazımdır”x9d.

Müsavat Partiyasının başqanı Arif Hacılı sözügedən qanun layihəsinin mətni ilə tanış olduğunu bildirdi və qeyd etdi ki, bu qanun layihəsinin təkcə konqresmen Smitə məxsus olduğunu iddia etmək düzgün deyil. Çünki bu layihə artıq nüfuzlu Helsinki Komitəsində təsdiq olunub və Konqresin müzakirəsinə çıxarılacaqsa, səs çoxluğu ilə qəbul olunma ehtimalı yüksəkdir: “Belə bir vəziyyətin yaranmasının günahı hakimiyyətdədir. Beynəlxalq qurumlar, o cümlədən ABŞ-ın müxtəlif rəsmi dairələri tərəfindən irəli sürülən təklifləri hakimiyyət qəbul etmədi. Bunun nəticəsində Azərbaycan faktiki olaraq beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə düşüb. Təbii ki, ABŞ-ın apardığı siyasət məhz Azərbaycan hakimiyyətinə təzyiq məqsədilə həyata keçirilir. Ancaq istər-istəməz əgər hakimiyyətin apardığı yanlış siyasət ucbatından Azərbaycan beynəlxalq birlikdən təcrid olunmuş vəziyyətə düşürsə, bu həm də Azərbaycan dövlətinin, xalqının ziyanınadır. Ona görə də biz ilk növbədə hakimiyyətdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, qanunlara əməl etməyi tələb eləməliyik. Bu baxımdan istər ABŞ Konqresində müzakirəyə çıxarılacaq həmin qanun layihəsi, eyni Avropa İttifaqı, Avropa dövlətləri tərəfindən hakimiyyətə qarşı aparılan indiki təzyiq siyasəti məhz hakimiyyətin apardığı yanlış siyasətin nəticəsidir”x9d.  
 
ADP sədri Sərdar Cəlaloğlu layihə ilə hərtərəfli tanışlığının olmadığını, lakin layihəni hazırlayan konqresmen Smitlə şəxsən tanış olduğunu bildirdi:

“Smitlə ABŞ-da üç dəfə görüşmüşəm, onu çox yaxşı tanıyıram, şəxsi söhbətlərimiz olub. O adamın subyektivizmə yol verməsi, ədalətsiz olması, ermənilərə işləməsi barədə deyilənlərin hamısı cəfəngiyatdır. Kristofer Smit Avropa ölkələri ilə də bağlı bu qəbildən bir çox sənədlər hazırlayıb. Smitin Azərbaycanla bağlı hazırladığı sənəd Azərbaycan gerçəkliyi ilə bağlıdır. Bu gün ölkədə mövcud olan iqtisadi, sosial, siyasi böhran bunu sübut edir. Ölkədəki vəziyyət göstərir ki, Smitin göstərdiyi proseslər Azərbaycanda var. O layihə də məhz bu vəziyyətin düzəldilməsinə nail olmaq üçündür. Smitin mövqeyini düşmənçilik kimi qarşılamaq yanlışdır. Şübhəsiz ki, qanun layihələri qəbul edilərkən ayrı-ayrı fərdlərə yox, bütövlükdə sistemə qarşı qəbul edilir. Həmin idarəetmə sistemi də ölkəni idarə etdiyi üçün ona qarşı tətbiq olunan sanksiyalar dolayısı yolla da olsa ölkəyə və xalqa da ziyan vurur. Hansısa məmurların xaricdəki bank hesablarındakı pullara həbs qoyulsa belə, dolayısı ilə bu da ölkənin itkisi sayılır. Çünki o pullar Azərbaycandan oğurlanmış pullardır. Yaxşı olar ki, oğurlanmış pullara həbs qoyulmasın, həmin pullar Azərbaycan dövlətinin xarici borclarını ödəməyə yönləndirilsin”x9d. 
Ümid Partiyasının sədri İqbal Ağazadə qanun layihəsi ilə tanış olduğunu dedi və bildirdi ki, xalqı hakimiyyət idarə elədiyi üçün hakimiyyətə qarşı olan sanksiyalardan dövlət və xalq da ciddi ziyan çəkir: “Çünki tətbiq olunan sanksiyalar nəticə etibarilə gətirib ona çıxaracaq ki, Azərbaycanın xaricdə olan valyutasının qayıdışından tutmuş, münasibətlər sisteminə və psixoloji gərginliyə qədər hər şeyi özündə göstərmiş olacaq. Xaricdən gələn təhdidləri əngəlləmək üçün hökumət həmin tərəflərlə danışığa getməlidir, siyasəti yeni bir səviyyəyə daşımalıdır. O qanun layihəsi qəbul olunsa, bundan təkcə iqtidar ziyan çəkməyəcək. Bundan dövlət və xalq da ziyan çəkəcək”x9d.  
 
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bildirdi ki, layihə ilə tanışdır və həmin layihənin Azərbaycan dövlətçiliyinə, xalqına qarşı olduğu şübhə doğurmur: 

“Orada qoyulan müddəalar Azərbaycan üçün çox təhlükəli mahiyyət daşıyır. O layihə Azərbaycan xalqına qarşı təpkidir. Bunu təkcə hakimiyyətə qarşı layihə hesab edənlər yanılırlar. Erməni lobbisi, ABŞ-dakı anti-Azərbaycan qüvvələri bu layihəni qəbul etdirib özləri üçün istifadə eləyə bilərlər. Azərbaycana qarşı bu cür mövqe Avropa ölkələrindən də sərgilənə bilər. Şadam ki, Vaqif Hacıbəyli obyektiv olaraq bəyan edib ki, həmin layihə əslində Azərbaycan xalqına qarşıdır. Vaqif Hacıbəyli müxalifətdə olmağına baxmayaraq, bir hüquqşünas və vətəndaş kimi ortaya obyektiv mövqe qoyub. Müxalifətdə və iqtidarda olmağından asılı olmayaraq, hər bir normal, xalqını düşünən siyasətçi ermənipərəst qüvvələrin ABŞ-da Azərbaycan dövlətinə və xalqına qarşı məkrli iş həyata keçirməyə çalışdığını pisləməlidir. Bilmək lazımdır ki, o qanun layihəsi təkcə iqtidardakı ayrı-ayrı məmurlara, onların ailə üzvlərinə ABŞ-a buraxılmaq yasağı ilə məhdudlaşmır. Layihənin böyük hissəsinin mahiyyətinə vardıqda onun Azərbaycan xalqına və dövlətinə qarşı olduğu görünür. Bu, Azərbaycan xalqının fəlakətinə hesablanan bir layihədir. Azərbaycan xalqı, iqtidarlı-müxalifətli hər kəs birləşib bu son dərəcə təhlükəli layihənin qəbul edilməsinə imkan verməməliyik. Bu layihənin ortaya çıxmasından Azərbaycanın daxilində iqtidara qarşı istifadə etmək istəyən qüvvələr var. Bunlar antimilli qüvvələrdir. Bu qüvvələr ABŞ-da və Avropadakı anti-Azərbaycan qüvvələrlə əlbirdirlər”x9d.(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

“Qarabağ”dan 1 milyonluq TRANSFER

“Qarabağ”dan 1 milyonluq TRANSFER

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi telefonuna baxan arvadını döydü

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

End of content

No more pages to load

RADİO