Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 2023-cü illə bağlı planlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Auld şəxsi “Twitter” hesabında məlumat verib.
“Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonuna qədər hər bölgəyə səfər edəcəyəm”, - deyə Britaniyalı səfir qeyd edib.
Diplomat ilin ilk səfərini Qusara edib: “Bu ilə yaxşı başlanğıc! Qusar”.
Bizim.Media
