Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bunu diplomat “twitter” hesabında yazıb.
O, görüşün məhsuldar keçdiyini bildirib.
“Dünən axşam Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdüm. Çox səmimi və faydalı müzakirəmiz oldu”, - səfir vurğulayıb.

Bizim.Media