Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib.
Bizim.Media-nın məlumatına görə, Mikaelyan Albert Yervandi 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu deyib.
O, 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını, Gümrü şəhərində xidmət etdiyini söyləyib. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb. “Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi.
Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”, - deyə A. Mikaelyan bildirib.
Bizim.Media