Ermənistan qlobal güclərin oyun meydanına çevrilir

Son günlər Ermənistan siyasi arenası olduqca təzadlı dövrünü yaşayır. Bir tərəfdən baş nazir Nikol Paşinyanın istefasını tələb edən azlıqdakı müxalifət, digər tərəfdən də hakim “Mənim addımım” fraksiyasında yaşanan daxili çəkişmələr Ermənistan siyasi gündəmi məşğul edən səbəblər arasındadır. 

Dekabr ayından etibarən müxalifət baş nazir Nikol Paşinyana növbədən kənar seçkilər keçirməsi ilə bağlı təzyiq göstərir.

Ermənistan parlamentində çoxluğa sahib Paşinyan höküməti isə bu təkliflə heç cür razılaşmaq istəmir. Mandatı ləğv edilən hər deputatın yerinə öz fraksiyadan başqa bir deputat təyin edən Paşinyan höküməti parlamentdəki üstünlüyünü necə olursa olsun əldə saxlamağa çalışır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI


Hakim “Mənim addımım” faraksiyası isə Nikol Paşinyanla yola davam edib etməmək məsələsində qərarsızdır.

Deputatlar Nikol Paşinyanın verdiyi qərarlarda farksiyanın rəyini nəzərə almadığı, Paşinyan isə fraksiyanın növbədən kənar seçkilərə razılıq vermədiyini qeyd edir.

Parlamentdəki çoxluğunu Paşinyanın qazandığın mənfi obraza qurban vermək istəməyən “Mənim addımım” fraksiyası növbədən kənar seçi məsələsində fikri ayrılqıları yaşayır.

Hər kəsin məsuliyyəti digərinin üstünə atmağa çalışdığı Ermənistan siyasi arenasında yeni güc mərkəzləri də yaranmaqda gecikmir.

44 günlük müharibədən sorna davam edən etirazların fonunda 17 müxalif partiyanın vahid namizədi Vazgen Manukyan artıq özünü doğrultmamış siyasi fiqur hesab olunur.

Paşinyanın qarşısında yeni sima ilə çıxmağa çalışan müxalifət artıq seçiminin uğurlu olmadığını başa düşür. Ermənistan cəmiyytində isə hakimiyyətə iddialı, Ermənistanı siyasi böhrandan xilas edəcək “lider” obrazı gözə dəymir.

Çıxılmaz vəziyyətdə qalan ənənəvi müxalifətin bir hissəsi son çarə kimi keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın ətrafında toplanmağa çalışır.

Rusiya ilə birbaşa əalqələrinin olmasını hər fürsətdə bəyan edən keçmiş prezidentlər özlərini Ermənistanın yeganə xilaskarı olaraq təqdim edirlər.

Hələ də illər əvvəlki nüfuzlarına arxalanan Koçaryan-Sarkisyan cütlüyü Ermənistanı Paşinyandan, dolayısı ilə Qərbin təsirindən xilas etməyi qarşılarına məqsəd qoyublar.

Son həftələrdə Rusiyanın Ermənistandakı səfiri ilə müntəzəm görüşlər keçirən Koçaryan-Sarkisyan cütlüyü Rusiya meylli siyasi kursa sahib olduqlarını da gizlətmək ehtiyacı duymur.

Ermənsitan siyasi arenasının son vəziyyəti Qərb ölkələrini də ciddi şəkildə narahat edir.

Günbəgün baş nazir Nikol Paşinyanın nüfuzun azaldığınının fərqində olan Qərb Koçaryan-Sarkisyan cütlüyünün fəallaşmasından da narahatdır.

“Armenia Today” saytının verdiyi məlumata görə son günlərdə Fransanın Ermənistandkaı səfiri Conatan Lakotte Ermənistanın digər sabiq prezidenti Levon Ter-Petrosyanla görüş keçirib. Bu görüşdən daha əvvəl 5 fevral tarixində isə Ter-Petrosyan ABŞ-ın Ermənistandakı səfiri Linn Tresi ilə görüşmüşdü. 

Görünən odur ki, Koçaryan-Sarkisyan cütlüyünün Rusiya ilə əlaqələrini gücləndirdiyi bir vaxtda Qərb Ter-Petrosyanı yenidən fəallaşdırmaq cəhdləri üzərində işləyir.

Qərb səfirlərinin Ter-Petrosyanla müzakirə etdikləri mövzular içərisində Ermənistandakı siyasi vəziyyət xüsusi olaraq qeyd olunur.

Bölgədə sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar olmasına çalışan Qərb mühüm iqtisadi və geosiyasi planlarının Ermənistanda sual altına düşməsini istəmir.

Qərbin Ter-Petrosyan həmləsi birbaşa olaarq Rusiyanın dəstəyini arxasına alaraq hakimiyyətə iddialı olan Koçaryan-Sarkisyan çütlüyünü zərərsizləşdirmək məqsədi daşıyır.

Nikol Paşinyan öz hakimiyyətini qorumaq üçün növbədən kənar seçki məsələsini mümkün olduğu qədər uzatmağa çalışır. Lakin Paşinyan nə vaxtsa bu təkliflə razılaşarsa, yeni keçiriləcək seçkilərdə şansının çox az olacağı özünə də məlumdur. 

Əgər Erəmənistanda növbədənkənar seçkilər reallaşarsa ölkədə paşinyanla yanaşı, Qərbin maraqlarını təmin edən yeni və təcrübəsiz simaların da Koçaryan-Sarkisyan çütlüyünə qarşı heç bir şansı olmayacaq.

Ermənistanda Qərbin maraqlarına cavab verən və hələ də ciddi siyasi tərəfdara malik olan yeganə şəxs isə Ter-Petrosyandır. Paşinyanın sıradan çıxarılacağı növbədənkənar seçki ssenari üçün Ter-Petrosyan Qərbin əlindəki ehtiyyat gedişdir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

Malatyada sərnişin avtobusu dərəyə aşdı - 4 ölü, 15 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO