Qarabağda döyüşən Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan “Facebook” səhifəsində paylaşım edib. Matevosyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın yaxın silhadaşı olub. O, ilk Qarabağ müharibəsinin iştirakçısıdır.
1995-1999-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri kimi fəaliyyətini davam etdirib.
Ermənistanda həmin il keçirilən kütləvi etirazların dağıdılmasından sonra üç il həbs cəzasına məhkum olunub. Bir il sonra amnistiya ilə həbsdən çıxıb.
Bizim.Media