Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 minik avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib.
Bu gün ərzində indiyədək Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus 13 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.
Bizim.Media