Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşdə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək. Bakı vaxtı ilə saat 18:30-da isə Mayk Pomepo Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanla görüş keçirəcək.
Bizim.Media