Rəsmi Bakı Parisə NOTA VERDİ

Bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.

Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.
Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb.

Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Birinci Liqa: Lider xal itirdi

Birinci Liqa: Lider xal itirdi

Tramp buna görə prezident olmaq istəyirmiş

Tramp buna görə prezident olmaq istəyirmiş

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

Sülhün mükafatı, müharibənin hökmü

Sülhün mükafatı, müharibənin hökmü

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

End of content

No more pages to load

RADİO