Separatçılar arasında GƏRGİNLİK – Qondarma rejim daxilində SAVAŞ başlayır...

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərində varlığını davam etdirən qondarma rejim daxilində gərginlik günbəgün artmaqdadır. Xüsusilə də, Vardanyanın əli gücləndikcə köhnə separatçılarla münasibətlər daha da pozulmağa doğru gedir.

Artıq problemin ilk işartıları da özünü göstərməyə başlayıb. Belə ki, qondarma qurumun dövlət naziri, Ruben Vardanyanla,  separatçıların təhlükəsizlik şurasının katibi Vitali Balasanyanın arasındakı narazılıqlar artıq erməni mətbuatının da gündəm mövzusuna çevrilib.
“Hraparak” nəşri yazır ki,  Balasanyanın “katib” postunu tərk edəcəyi də istisna edilmir. Onu Ermənistan ordusunun Qarabağdakı keçmiş komandanı Levon Mnatsakanyan əvəz edə bilər. Bunun nəticəsidir ki, Xankəndində keçirilən son mitinqdə də Vitali Balasanyan iştirak etməmişdi.

Bəs, bu gərginliyin səbəbi nədir?

Sirr deyil ki, Vardanyan Rusiyanın regiona ezam etdiyi oyunçudur. Moskva Qarabağda Rubenin əlini gücləndirməklə, onun “qəhrəman” obrazını yaratmağa çalışır. Balasanyan isə “Qarabağ klanı”nın nümayəndəsi kimi Rusiyanın canişininin əlinin güclənməsi fonunda, günbəgün güc itirir. Və görünən qədərilə, köhnə komandanın oyunçusu olan Vitaliyə Rusiyanın planları içərisində yer yoxdur.

Digər tərəfdən, ehtimal edilə bilər ki, Balasanyanın Azərbaycan nümayəndələri ilə dialoqda yer alması Rusiyanı narahat edir. Çünki Moskvanın regionda varlığını saxlamaq üçün gərginliyin qalması şərtdir. Azərbaycanla Qarabağ ermənilərinin nümayəndələri arasında bu və ya digər formada dialoqun qurulması isə gələcək birgəyaşayış, gərginliyin azalması üçün vacib şərtdir.

Dolayısı ilə Rusiya üçün bu, istənilməyən ssenaridir.

Yəni, hal-hazırda separatçılar daxilində “baş separatçılıq” uğrunda mübarizə gedir.

Vardanyanın Qarabağdan Ermənistana transferi

Yaddan çıxarmayaq ki, Rusiya sülhməramlılarının regionda varlığı da müvəqqətidir. Yəni, 3 ildən az bir müddət keçdikdən sonra Rusiya kontingenti bölgəni tərk etməli olacaq. Bununla da, Moskvanın regionda əsas təsir “rıçakı” olan Qarabağda varlıq məsələsi tarixə çevriləcək.

Əvəzində, Rusiya Ermənistanı öz forpostu kimi saxlamaqla, bölgədəki təsir imkanlarını qoruya bilər. Burada isə Moskvanın qarşısındakı əsas maneə qərbyönümlü Nikol Paşinyan iqtidarıdır.
Və Rusiya “Qarabağ klanı”ndan olan sabiq müxalifətə dəstək verməklə, Paşinyanın taxtını laxlada bilməyəcəyini artıq anlayıb. Çünki köçəryanların, sarkisyanların əsl üzünü ermənilər artıq görüblər.

Ona görə də, Vardanyanın Qarabağdan Ermənistana transferi önümüzdəki illərdə gündəmə gələcək. Yəni, Rusiya hal-hazırda Qarabağda Paşinyana qarşı oyunçusunu yetişdirməklə məşğuldur.

Separatçılar arasında savaş başlayır...

Göründüyü kimi, Vardanyanın Qarabağda varlığı müvəqqətidir. Ona görə də, Rubenin əlini gücləndirmək üçün zamanı da azdır. Bu da separatçı rejimdə radikal dəyişiklikləri şərtləndirir.

Vəziyyətin bu formada cərəyan etməsi isə separatçılar daxilində gərginliyin olmasını qaçılmaz edir.

Ona görə də, yaxın dönəmdə separatçılar arasında gərginliyin daha artacağını ehtimal etmək olar. Digər tərəfdən, bölgədəki silahlı qrupların da varlığı, ciddi toqquşmaların da baş verməsi üçün real zəmin yaradır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs "general"ın oğlu imiş

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

Aloe - hansı məhsullarda var və faydalı xüsusiyyətləri

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

“Sabah” Qabon millisinin hücumçusunu TRANSFER ETDİ

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Bu həftə pul və sevgi vəd olunan BÜRCLƏR

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

Tramp İlham Əliyevi yaxşı lider ADLANDIRDI

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə olunub - FOTO

Birinci Liqa: Lider xal itirdi

Birinci Liqa: Lider xal itirdi

Tramp buna görə prezident olmaq istəyirmiş

Tramp buna görə prezident olmaq istəyirmiş

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına BURAXILDI

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı tədqiqatçı Zarqa Yaftalı ilə görüşüb

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İlqar Mikayıloğlu ƏMƏLİYYAT OLUNDU - FOTO

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

İran hansı məsələlərdə ABŞ-a güzəştə gedəcək? – Oman görüşü ilə bağlı ÖZƏL AÇIQLAMA

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

"Azərişıq" tanınmış rejissorun "Karqo Şamil"in MTK-sı ilə bağlı şikayətinə cavab verdi — FOTO/VİDEO

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

DİQQƏT: Bu rayonlarda sabah qaz olmayacaq

Sülhün mükafatı, müharibənin hökmü

Sülhün mükafatı, müharibənin hökmü

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

"Yenə də favorit "Qarabağ"dır" - Ayxan Abbasov

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Ukrayna və Polşa müdafiə sahəsində əməkdaşlıq edəcək

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Paytaxtda 22 istiqamətdə SIXLIQ VAR

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Bölgə klubu legioner hücumçu TRANSFER ETDİ

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Rusiya ötən il büdcənin yarısını müharibəyə XƏRCLƏYİB

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Kanslerin nümayəndə heyətinin mikroavtobusu qəzaya uğradı

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

Qayda pozan səfirlik maşınları ilə bağlı tədbir görüldü – VİDEO

End of content

No more pages to load

RADİO