Aygün Attar: “Mənim təyinatım R.T.Ərdoğanın həm də Azərbaycana olan münasibətidir”- ÖZƏL

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Dr. Aygün Attarın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilməsi haqqında fərman imzalayıb.

Həmyerlimizin bu uğuru həm də Azərbaycan Türkiyə qardaşlığının rəmzi kimi də qiymətləndirilir. A.Attarın  sevincini bölüşmək üçün Bizim.Media-nın İstanbul təmsilçisi onunla söhbətləşib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi


Əməkdaşmızın “Əslində Aygün Attar kimdir? sualına o, Qarabağ- Zəngəzurlu ailədə boya-başa çatdığını bildirib.

- Öz soyadım Həşimzadədir, Qarabağda doğulub boya-başa çatmışam. Ata babamın qəbri Şuşada, ana baba və nənəmin məzarları isə Ağdamın Gülablı kəndindədir. Atamın məzarı isə Qubadlıdadır. Qubadlı mənim üçün çox əzizdir, o torpağın yeri mənim qəlbimdə tam başqadır. O torpaqdan sanki uşaqlığımın, atalı günlərimin ətrini duyuram. Həyat yoldaşım Təbriz şəhərindədir. Biz öz ailəmizdə Güneylə Quzeyi birləşdirmişik. 

Aygün Attar bu günkü uğurlarına görə BDU-da aldığı təhsilinə, öz müəllimlərinə də borclu olduğunu bildirdi:

- Mənim çox gözəl müəllimlərim olub. Akademik Mahmud İsmayıl, Türkiyədən professor dr. Mehmet Saray kimi bir hocalardan təhsil görmüşəm. Rusiyada müdafiə etmişəm, Türkiyədə elmimin kamilləşməsi üçün çalışmalar aparmışam. Hələ sovetlər dağılmamışdan əvvəl Xalq Cümhuriyyəti, Azərbaycanin siyasi mühacirətinə dair araşdırmalarım olub. Bununla qürur duyuram. Bu ömür başdan-ayağa bir mücadilə olub.

Aygün Attar məsuliyyətli, ciddi  bir şuraya üzv seçilməsinə görə Türkiyə respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək, Ona tapşırılan bu missiyanı bir qarabağlı kimi layiqlə təmsil edəcəyini vurğulayıb.

-Mənə göstərdiyi etimada görə, cənab prezident Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkürümü bildirirəm. Mənim Təhlükəsizlik və Xarici Siyasət şurasına üzv seçilməyim təkcə mənim bir alim kimi öz şəxsi keyfiyyətlərimə görə deyil, həm də Türkiyə rəhbərinin Azərbaycana olan səmimiyyətinin, isti münasibətinin bir təzahürüdür. Mənim bu şurada fəaliyyətim bir millət iki dövlət prinsipi ilə hər zaman Türkiyə Azərbaycanın mənafelərini və bölgədə sülhün, sabitliyin qorunması təməl prinsiplərindən irəli gələcək.

Aygün Attar Bizim.Media-ya müsahibəsində onu da vurğulayıb ki, Azərbaycanın II Qarabağ Savaşında əldə etdiyi qalibiyyət türk dünyası üçün böyük tarixdir, ölkənin və bölgənin gələcəyini müsbət məcrada həll edəcək:


- Azərbaycan böyük tarix yaşadı. Dünyanın dörd bucağında olan bütün azərbaycanlılar Böyük Zəfəri yaşamaqla dünya ictimaiyyəti qarşısında bir daha milli kimliklərini təsdiq etmiş oldular. Bu şərfli günlərin faydasını biz hələ qarşıdakı illərdə yaşayacağıq. Biz müharibə istəmirdik, amacımız barış idi, amma torpaqlarımızın da işğal altında olması ilə razılaşa bilməzdik. Mən bu gözəl günlər adına hamımızı təbrik edirəm. Biz varıq, sarsılmazıq, ismarıcımız da ölkədə, cahanda barışdır.

Esmira Yazkan Aslanova, Bizim.Media, İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

End of content

No more pages to load

RADİO