İlham Əliyevə Qərbi Azərbaycan İcması barədə MƏLUMAT VERİLDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.

Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub" - Prezident - VİDEO


İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.

Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb.

Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

Diqqətə çatdırılıb ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub.
Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur.

Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə giriş nitqi söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kıskanmak"ın final tarixi bəlli oldu

"Kıskanmak"ın final tarixi bəlli oldu

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Mələkxanım Eyubova həyat yoldaşı ilə - FOTO

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci HƏBS ETDİ

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

End of content

No more pages to load

RADİO