"Sentyabr əməliyyatı bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq" - Prezident  

"Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. 

“Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb.

Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”, - deyə dövlət başçısı vurğulayıb. 

Prezident deyib ki, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO

72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO

Dünya çempionunu 20 milyon avroya satdı

Dünya çempionunu 20 milyon avroya satdı

Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

Antonio Banderas: Yeganə mütləq və qaçılmaz həqiqət ölümdür

Anasından daha varlıdır: 20 yaşlı Barron Tramp kriptovalyutadan milyonlar qazandı

Anasından daha varlıdır: 20 yaşlı Barron Tramp kriptovalyutadan milyonlar qazandı

Türkiyə Ukraynaya bu silahları verəcək? - SİYAHI

Türkiyə Ukraynaya bu silahları verəcək? - SİYAHI

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

Neymar yenidən Messi ilə komanda yoldaşı olacaq?

Bu gecə Türkiyədə zəlzələ oldu

Bu gecə Türkiyədə zəlzələ oldu

Ucarda avtomobilin vurduğu velosipedçi VƏFAT ETDİ

Ucarda avtomobilin vurduğu velosipedçi VƏFAT ETDİ

Bakıda qəza: 2 nəfər xəsarət aldı

Bakıda qəza: 2 nəfər xəsarət aldı

Maliyyə dahiləri: heç vaxt pul problemi olmayan BÜRCLƏR

Maliyyə dahiləri: heç vaxt pul problemi olmayan BÜRCLƏR

Turizm göstəriciləri kəskin artdı – Ən çox gedilən RAYON

Turizm göstəriciləri kəskin artdı – Ən çox gedilən RAYON

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Ət yenə BAHALAŞDI: Quzu ətinin kilosu 26 manata çatdı

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Abituriyentlərin yarıdan çoxu KƏNDLƏRDƏN müraciət edib

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - Ən dadlısını seçməyin sirri

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

End of content

No more pages to load

RADİO