Ceyhun Bayramov və Sergey Lavrovun Moskvada keçirilən görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunulub.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov sülh müqaviləsi ilə yanaşı, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunduğunu vurğulayıb.
Nazir vurğulayıb ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinə başlanmasının marağındadır.
Bizim.Media