“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bun gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, saziş 15 maddədən ibarətdir.
Layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Bununla da, 2022-ci il noyabrın 4-də də Bakı şəhərində imzalanmış müvafiq saziş parlament tərəfindən ratifikasiya edilib.
Murad Əhmədov, Bizim.Media