Prezident metronun “Xocəsən” elektrik deposunun və stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Prezident İlham Əliyevə stansiyada və depoda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Bakı Metropoliteni xətlərinin ümumi uzunluğu 40,7 kilometrdir. Metropolitenin Qırmızı, Yaşıl və Bənövşəyi xətləri üzrə ümumilikdə 27 stansiyası fəaliyyət göstərir.

Xatırladaq ki, 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Metropoliteninin üçüncü – Bənövşəyi xəttinin açılışı olub. Bənövşəyi xətt ilə “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları da istifadəyə verilib. Ötən il mayın 29-da isə bu xətt üzrə üçüncü - “8 Noyabr” stansiyasının açılışı olub.

Qeyd olunub ki, “Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Bu stansiyada Almaniyanın “ThyssenKrupp Fahrtreppen” şirkətinin istehsalı olan iki eskalator quraşdırılıb.

“Xocəsən” stansiyası xəttin başlanğıcında yerləşir və qatarların sərnişinlərin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsinə şərait yaradacaq. Həmçinin, “8 Noyabr” stansiyasının arxasında dönmə kamerası yerləşdiyindən intervalın tənzimlənməsi rahat olacaq.

Məlumat verilib ki, “Xocəsən” elektrik deposu Bakı Metropoliteninin sayca ikinci deposudur və 24 hektardan çox ərazini əhatə edir. Üç mərhələdən ibarət inşaat layihəsinin hazırda birinci mərhələ istifadəyə verilib.

“Xocəsən” elektrik deposunda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.
Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək. Belə ki, ikinci mərhələ üzrə hərəkət qatarına xidmət üçün məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq.

Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə müasir infrastrukturun qurulması bütün sahələri, o cümlədən nəqliyyatın əhəmiyyətinin xüsusilə artdığı indiki dövrdə metropoliteni də əhatə edir. Hazırda Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun işlər sürətlə davam etdirilir. Proqrama əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.

Bizim.Media



































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO