“Milli Məclisin adından Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik məktubu ünvanlanacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin spiker Sahibə Qafarova səsləndirib.
“İlham Əliyev Vətənə dərin məhəbbət, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssaslıqla yanaşmaq kimi yüksək insanı keyfiyyətlərə malik liderdir.
Onun diplomatik və hərbi sərkərdəlik məharəti sayəsində Qarabağ və Şərqi Zəngəzur işğladan azad edildi, tarixi ədalətin bərpası ilə Cənubi Qafqazda yeni mərhələ başladı. Əminəm ki, möhtərəm prezidentimizin rəhbərliyi ilə dövlətimiz daha böyük uğurlara imza atacaq”, - deyə Sahibə Qafarova bildirib.
Murad Əhmədov, Bizim.Media