Ceyhun Bayramov Aİ-nin nümayəndəsinə Laçın yolundakı aksiyanın təfərrüatlarından DANIŞDI 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib. 

Telefon danışığı zamanı, bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib. 

Nazir Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlər, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə halları olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyəti vurğulanıb. 
C.Bayramov, həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb. 

Ali nümayəndə Cozef Borel bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO