“Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırırıq" - XİN 

"Azərbaycan Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırır". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına dair şərhində bildirilir. 

Qeyd edilib ki, dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın yolu ilə bağlı “Ermənistan Azərbaycana qarşı” (№ 4) işində müvəqqəti tədbirlər haqqında qərar qəbul edib. 

Azərbaycan XİN bəyan edib ki, "AİHM-in qərarı Üçtərəfli Bəyanata uyğun olaraq, xüsusilə “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir. 
"AİHM-in qərarı, həmçinin Rusiya sülhməramlı kontingenti tərəfindən yol boyu nəqliyyatın tənzimlənməsi üzrə öhdəliklərin yerinə yetirilməsi, o cümlədən humanitar və tibbi yardımların keçməsinə şərait yaradılması səbəbindən “Azərbaycan hökumətinin Laçın dəhlizindəki vəziyyətə nə dərəcədə nəzarət etdiyinin mübahisəli olduğunu və aydın olmadığını” qeyd edir". 

Dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst və təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib. 

Azərbaycan hökuməti, Azərbaycan ərazilərində hərəkət azadlığı ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, habelə onların Laçın yolu vasitəsilə daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir. 
Azərbaycan həmçinin, məcburi köçkün ailələrinin və icmalarının evlərinə qayıtmasının qarşısını almaq üçün qəsdən Laçındakı mülki əhalinin evlərində yerləşdirilmiş, 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Azərbaycana daşınması üçün Ermənistan tərəfindən Laçın yolundan istifadə edilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Ermənilər tərəfindən qəsdən basdırılmış minalar Azərbaycanda mina qurbanlarının sayının artmasına səbəb olur.

Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir. 

Kobud insan hüquqları və beynəlxalq hüquq normalarının pozulmasına dair sübutlar Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Şurası və BMT Baş katibi də daxil olmaqla müxtəlif beynəlxalq qurumlara təqdim edilib. 
Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək", - şərhdə vurğulanır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

İki şəhərdə icra başçılarının müavinlərinin sayı AZALDILDI

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - FOTO

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

"Neftçi"dən küsmək, incimək fikrimiz yoxdur" - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO