Kreslosunu itirib səfir təyin olunan SABİQ MƏMURLAR – ARAŞDIRMA 

Dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Xaricdəki səfirliklərimizə rəhbərlik edən diplomatlarımız içərisində ölkəmizdə yüksək vəzifələrdə çalışmış bir sıra simalarda var.

Onlarda bir qismi yüksək vəzifələrindən azad olunduqdan dərhal sonra səfir təyin olunaraq, diplomat təyinatı alıblar.

Bizim.Media yüksək vəzifələrini itirib səfir təyin olunan sabiq məmurları araşdırıb.

Tamerlan Qarayev

1992-1993-cü illərdə Azərbaycan Ali Soveti sədrinin I müavini olan Tamerlan Qarayev bu vəzifəsi ilə sağollaşdıqdan sonra, artıq 28 ildir ki səfir kimi çalışır. Bu illər ərzində o, Çin (1993-2001), Hindistan (2004-2011), İndoneziyadakı (2011-2018) diplomatik korpusumuza rəhbərlik edib. 2018-ci ilin dekabrından bəri isə Litvadakı səfirimiz kimi fəaliyyətini davam etdirir. 

Vilayət Quliyev

Vilayət Quliyev 1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb. 2004-cü ilin aprelində nazir vəzifəsindən azad edilən V. Quliyev həmin ilin iyununda Polşadakı səfirimiz olub və 2010-cu ilə qədər bu ölkədəki diplomatik nümayəndəliyimizə rəhbərlik edib.

Onun səfir kimi növbəti iş yeri isə Macarıstan olub. 2021-ci ilin iyulunadək bu ölkədə çalışan sabiq nazir, bu ilin mayından etibarən Bosniya və Herzoqavinadakı fövqəladə və səlahiyyətli səfirimizdir. 

Həsən Həsənov

Həsən Həsənov 1991-1992-ci illərdə Baş nazir, 1993-1998-ci illərdə isə xarici işlər naziri kimi çalışıb. O, 2004-cü il sentyabr ayının 1-də Azərbaycanın Macarıstandakı, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib. Həsən Həsənov 2021-ci ilin yanvarındək səfirlik fəaliyyətini davam etdirib.

Polad Bülbüloğlu

Xalq artisti Polad Bülbüloğlu 1991-2006-cı illərdə mədəniyyət naziri vəzifəsini icra edib. Həmin il yanvarın 30-da nazir vəzifəsindən azad olunan Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri təyin edilib. O, artıq 16 ildən çoxdur ki səfir kimi fəaliyyətini davam etdirir.

Ramiz Həsənov

14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub.

Ramiz Həsənov 15 may 2018-ci ildə Xarici İşlər nazirinin müavini təyin olunub və 2021-ci ilin aprelinədək bu vəzifəni icra edir. Vəzifəsindən azad olunduqdan sonra isə Azərbaycanın İspaniyadakı səfiri təyin edilib.

Namiq Abbasov 

Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov hu vəzifəni 1994-2005-ci illərdə icra edib. 2004-cü ildə isə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, 2012-ci ilədək bu ölkədə səfir kimi fəaliyyət göstərib. 

Məhərrəm Əliyev 

1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis idarəsinin rəisi olub. 2007-ci ilin iyununda vəzifədən azad edildikdən 2 ay sonra Azərbaycanın Tacikistandakı səfiri təyin olunub.

2011-ci ilədək səfir fəaliyyətini davam etdirən M. Əliyev, 2012-2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, 2017-2019-cu illərdə ədliyyə nazirinin müavini vəzifələrini icra edib. 2019-cu ilin noyabrından etibarən isə, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO