Çin və Qazaxıstan liderləri İlham Əliyevi təbrik etdi

"Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm".

Bizim.Media xəbər verir ki, bu, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Məktubda qeyd edilib ki, son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir:

"Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirdiyimiz uğurlu görüşdə ikitərəfli münasibətlərin inkişafına, beynəlxalq arenada qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşməsinə dair mühüm razılaşmalar əldə edildi.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafına kömək üçün Sizinlə birlikdə çalışmağa hazıram".

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

İran hərbi gücünü LEGO üslubunda nümayiş etdirdi – VİDEO

İran hərbi gücünü LEGO üslubunda nümayiş etdirdi – VİDEO

Gedənlər QAYIDIR - Legioner həyatı yaşaya bilən və bilməyənlər – ARAŞDIRMA

Gedənlər QAYIDIR - Legioner həyatı yaşaya bilən və bilməyənlər – ARAŞDIRMA

Goranboyda 46 yaşlı kişiyə xəsarət yetirən ata və oğlu SAXLANILDI

Goranboyda 46 yaşlı kişiyə xəsarət yetirən ata və oğlu SAXLANILDI

Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

Şahzadə Harri Kiyevdə – VİDEO

Şahzadə Harri Kiyevdə – VİDEO

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

"Bitcoin" ucuzlaşdı

"Bitcoin" ucuzlaşdı

SEPAH İsrail gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

SEPAH İsrail gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

İsrail ordusu Livanda “Hizbullah”a zərbə endirir – ANBAAN VİDEO

İsrail ordusu Livanda “Hizbullah”a zərbə endirir – ANBAAN VİDEO

Aydın Məmmədov vəfat etdi - FOTO

Aydın Məmmədov vəfat etdi - FOTO

Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycan nefti yenidən BAHALAŞDI

Əraqçidən ABŞ və İsrailə İTTİHAM

Əraqçidən ABŞ və İsrailə İTTİHAM

Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

Gəncə və Göygöldə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Gəncə və Göygöldə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Sumqayıtda bağça QALMAQALI: İclasda DAVA DÜŞDÜ - VİDEO

Sumqayıtda bağça QALMAQALI: İclasda DAVA DÜŞDÜ - VİDEO

700 milyon dollarlıq layihə YEKUNLAŞDI – Raketə bənzəyir

700 milyon dollarlıq layihə YEKUNLAŞDI – Raketə bənzəyir

Ukraynaya qarşı İKİNCİ CƏBHƏ – Bu ölkə də savaşa daxil olur

Ukraynaya qarşı İKİNCİ CƏBHƏ – Bu ölkə də savaşa daxil olur

Makiyaj dərini günəşdən qoruyur?

Makiyaj dərini günəşdən qoruyur?

Rusiya G20 sammitinə dəvət olundu

Rusiya G20 sammitinə dəvət olundu

Tağıyev qəsəbəsində avtomobil aşdı: ÖLƏN VAR – FOTO

Tağıyev qəsəbəsində avtomobil aşdı: ÖLƏN VAR – FOTO

Toy karvanında “avtoş”luq edib sosial şəbəkədə paylaşdılar, həbs olundular – FOTO/VİDEO

Toy karvanında “avtoş”luq edib sosial şəbəkədə paylaşdılar, həbs olundular – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO