Fariz Rzayev QDİƏT-in iclasında regional təhlükəsizliyə dair Azərbaycanın mövqeyindən DANIŞDI 

21 dekabrda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 45-ci iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, QDİƏT-in Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib. 

İclasda çıxış edən nazir müavini Fariz Rzayev tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səylər, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

O, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi, Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirilməsi, regional təhlükəsizlik və digər məsələlərə dair Azərbaycanın mövqeyini iştirakçıların diqqətinə çatdırıb. 

Azərbaycanın QDİƏT-in Mədəniyyət, İnformasiya və Kommunikasiya Texnologiyaları, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib.
Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 yanvar tarixindən etibarən 2 il müddətinə (2023-2024) QDİƏT-in Turizm üzrə Əməkdaşlığa dair İşçi Qrupunda əlaqələndirici-ölkə rolunda çıxış edəcəyi diqqətə çatdırılıb. İclasın yekununda protokol və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyaya təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO