TDT Mülki Müdafiə Mexanizmi yaratmaq barədə MÜZAKİRƏLƏR APARDI 

Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi yaradıla bilər. 

Bizim.Media xəbər verir ki, bu məsələ Türkiyə Respublikasının Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə müzakirə edilib. 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zirvə görüşündə iştirak edib. 

Tədbirdə çıxış edən nazir türk dövlətləri liderlərinin siyasi iradəsi və əvəzsiz səyləri ilə ölkələrimiz arasında yaranan sıx inteqrasiya proseslərinin müxtəlif istiqamətlər üzrə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirdiyini, türk dünyasının birliyini və gücünü artırdığını vurğulayıb. 

Təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə üzrə ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verən K.Heydərov Zirvə görüşünün fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində təşkilata üzv ölkələrin birgə səylərinin müzakirəsi, o cümlədən bu sahədə əldə olunmuş ən yaxşı təcrübələrin nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaratdığını qeyd edib.

Nazir Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini təklif edib. 

Zirvə görüşündə TDT-yə üzv ölkələrdə təbii fəlakətlərlə bağlı vəziyyət və milli təbii fəlakətlərin idarəetmə sistemləri haqqında təqdimatlar dinlənilib, fövqəladə halların idarə edilməsi üzrə müxtəlif məsələlər, o cümlədən Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılmasına dair müzakirələr aparılıb. 
Tədbir çərçivəsində Zirvə görüşünün iştirakçıları Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Mərkəzinə və AFAD Ankara Müdiriyyəti İdarəsinə səfər edərək, onların fəaliyyəti ilə yerində tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Beynəlхalq axtarışda olan 2 nəfər Rusiyadan Azərbaycana GƏTİRİLDİ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi – FOTO

İran hərbi gücünü LEGO üslubunda nümayiş etdirdi – VİDEO

İran hərbi gücünü LEGO üslubunda nümayiş etdirdi – VİDEO

Gedənlər QAYIDIR - Legioner həyatı yaşaya bilən və bilməyənlər – ARAŞDIRMA

Gedənlər QAYIDIR - Legioner həyatı yaşaya bilən və bilməyənlər – ARAŞDIRMA

Goranboyda 46 yaşlı kişiyə xəsarət yetirən ata və oğlu SAXLANILDI

Goranboyda 46 yaşlı kişiyə xəsarət yetirən ata və oğlu SAXLANILDI

Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

Lənkəranda torpaq sürüşməsi yolu yararsız vəziyyətə saldı - FOTO

Şahzadə Harri Kiyevdə – VİDEO

Şahzadə Harri Kiyevdə – VİDEO

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

"Bitcoin" ucuzlaşdı

"Bitcoin" ucuzlaşdı

SEPAH İsrail gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

SEPAH İsrail gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

Çexiya klubundan “Qarabağ”ın qapıçısına TƏKLİF

İsrail ordusu Livanda “Hizbullah”a zərbə endirir – ANBAAN VİDEO

İsrail ordusu Livanda “Hizbullah”a zərbə endirir – ANBAAN VİDEO

Aydın Məmmədov vəfat etdi - FOTO

Aydın Məmmədov vəfat etdi - FOTO

Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycan nefti yenidən BAHALAŞDI

Əraqçidən ABŞ və İsrailə İTTİHAM

Əraqçidən ABŞ və İsrailə İTTİHAM

Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

Senatorlardan Trampa ÇAĞIRIŞ: “İranda başladığın işi sona çatdır”

Gəncə və Göygöldə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Gəncə və Göygöldə qanunsuz tikililər söküldü – FOTO/VİDEO

Sumqayıtda bağça QALMAQALI: İclasda DAVA DÜŞDÜ - VİDEO

Sumqayıtda bağça QALMAQALI: İclasda DAVA DÜŞDÜ - VİDEO

700 milyon dollarlıq layihə YEKUNLAŞDI – Raketə bənzəyir

700 milyon dollarlıq layihə YEKUNLAŞDI – Raketə bənzəyir

Ukraynaya qarşı İKİNCİ CƏBHƏ – Bu ölkə də savaşa daxil olur

Ukraynaya qarşı İKİNCİ CƏBHƏ – Bu ölkə də savaşa daxil olur

Makiyaj dərini günəşdən qoruyur?

Makiyaj dərini günəşdən qoruyur?

Rusiya G20 sammitinə dəvət olundu

Rusiya G20 sammitinə dəvət olundu

Tağıyev qəsəbəsində avtomobil aşdı: ÖLƏN VAR – FOTO

Tağıyev qəsəbəsində avtomobil aşdı: ÖLƏN VAR – FOTO

Toy karvanında “avtoş”luq edib sosial şəbəkədə paylaşdılar, həbs olundular – FOTO/VİDEO

Toy karvanında “avtoş”luq edib sosial şəbəkədə paylaşdılar, həbs olundular – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO