“Biz elə bir şərait yaratmalıyıq ki, İT sahəsi ölkəmizdə inkişaf etsin”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Tezliklə bu qanunun qəbul olunub, icra edilməsini vacib hesab edirəm. Təklif edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində müvafiq fond yaradılsın və İKT sahəsi üzrə təhsil alan tələbələrə əlavə təqaüdlər verilsin. Demirəm ki, 100-200 nəfərə, ən azı daha yaxşı oxuyan 15-20 tələbəyə bu təqaüdü vermək olar”, - deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media