Sergey Markov: “Rus sülhməramlılarının Vardanyanın pulu ilə əlaqəsi var” - MÜSAHİBƏ

“Qarabağda vəziyyətin gərginləşməsini müxtəlif cür izah etmək olar. Birincisi, Ermənistanda və Qarabağın erməni icmasında getdikcə daha çox başa düşülür ki, Ermənistan heç bir hiyləgər addım tapa bilməyəcək ki, başqası Ermənistan üçün Azərbaycana qarşı vuruşsun. Onların rıçaqları demək olar ki, tükənib. Üç ildən sonra ərazini tamamən tərk etməli olacaqlar”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov deyib.

O, qeyd edib ki, artıq sona yaxınlaşan qondarma qurum və Ermənistan hakimiyyəti ekoloji terroru sürətləndirib. Son olaraq əllərinə keçən hər fürsətdən istifadə edərək Azərbaycan sərvətlərini talayırlar.
- Cənab Markov, prosesləri siz də izləyirsiz. Ermənistanı dayandırmaq üçün nə etmək lazımdır?

- Bəli, prosesləri izləyirəm. Bilirsinizmi, Tehran, Qarabağda sonrakı utilizasiya imkanlarının getdikcə azaldığını dərk edən Ermənistan Qarabağın təbii sərvətlərinin istismarını kəskin surətdə gücləndirib və faktiki olaraq onların kütləvi ixracı formatına keçib. Ona görə də, Azərbaycan hərəkətə keçməlidir.

- Ruben Vardanyanın Qarabağda olması faktı var. Bu ad həm Moskvaya, həm də sizə çox tanışdı. Onun Qarabağa gəlişi elə istismarla bağlıdır, deyə bilərikmi? 

- “Vardanyan hər şeyə “dollar və avro şüşəsi” ilə baxan milyarderdir. Ona görə də, bu mədənlərin və digər təbii sərvətlərin istismarında fəal iştirak etməyə başladı.

Azərbaycanın prosesə nəzarət etməsinin zəruriliyi məsələsi gəlincə, yeri gəlmişkən, bu sual vaxtında qaldırıldı. Çünki Azərbaycana lazım olan daha bir sual var, yəqin ki, onu deməyin vaxtı çatıb: fakt budur ki, Ermənistan üç ildən sonra Qarabağı tamamilə tərk edərsə, o zaman böyük ehtimalla eyni şey təkrarlana bilər.

Ağdam rayonunda, Kəlbəcər rayonunda ermənilərin kütləvi şəkildə meşələri yandırdı, evləri dağıdıb, infrastrukturu külli miqdarda dağıtdı.
Bunların şahidi olduq. Mədənlər üzərində ekoloji nəzarətdən əlavə, meşələrə ekoloji nəzarətin tətbiqi, infrastrukturun bir qədər də nəzarət-audit aparılması daha düzgün olardı ki, Ermənistan getməmişdən əvvəl bu infrastrukturu, meşələri məhv edərsə, həmin ərazilərdə fakturaların verilməsi mümkün olar.

Beynəlxalq məhkəmələr Ermənistandan təzminat tələb edərlər. Ümumiyyətlə, belə bir audit Ermənistanı bir az qorxuda bilər. Bu da çox mühüm prosesdir.

- Bir də aksiyalar zamanı sülhməramlıların fəaliyyətini analiz edək. Sülhü bərpa etməli olan sülhməramlıların fəaliyyətini tam fərqli görürük. Sizcə də, bu, belə deyilmi?

- Sülhməramlılara gəlincə, onlar çətin vəziyyətdədirlər. Məsələ burasındadır ki, onların 10 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən mandatı çox da ciddi şəkildə müəyyən edilməyib. Ümumiyyətlə, bu o deməkdir ki, bütün bu keçidləri kim tənzimləyir? Və ya kim nəyi tənzimləməlidir? Azərbaycanın ekoloji fəalları mədənlərlə bağlı baş verənlərə nəzarət edəcək?

Orada, daha doğrusu, tərəflər arasında qarşılıqlı razılıq halında, Rusiya sülhməramlılarının bunu edəcəyi güman edilirdi. Burada tərəflər arasında qarşılıqlı razılıq yoxdur, ona görə də, rus sülhməramlıları “iki atəş arasında” qalıblar və təbii ki, bu, onlar üçün çətindir.

- Bizim gördüyümüz mənzərə budur ki, sülhməramlılar ermənilərlə daha sıx əlaqədədirlər. Erməni üçün ev tikənini də gördük, bayramları onlarla birgə keçirəninidə. Bir az paradok yoxdurmu?

- Elə bir mühüm hal da var ki, rus sülhməramlıları erməni mühitində yaşayırlar, onlarla hər cür əlaqə saxlayırlar. Yəni onlar əsasən Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasından gəliblər və oradakı ermənilərlə də şəxsi əlaqələri olub.

Onların qeyri-rəsmi əlaqələri var, üstəlik Ruben Vardanyanın pulu da müəyyən rol oynayır. Ona görə də, “Azərbaycan tərəfi ilə Rusiya sülhməramlıları arasında bir növ çox yaxşı anlaşma” yaratmaq vacibdir və biz də dəfələrlə bunu təklif etmişik.

Təklif etmişik ki, Rusiya sülhməramlı korpusunun zabitləri istirahət günlərində Bakıya dəvət oluna bilsinlər ki, Bakının necə möhtəşəm olduğunu, rus dilinə, rus mədəniyyətinə necə hörmət etdiklərini görsünlər və müqayisə edə bilsinlər.
Yoxsul Ermənistan və varlı, firavan Bakı, çiçəklənən Azərbaycanın xeyrinə qeyd-şərtsiz seçim edə bilsinlər. Qarabağ erməniləri də gələcəkdə eyni yolu tutmalı olacaqlar - əbədi müharibənin xeyrinə deyil, çiçəklənən, inkişaf edən, multikultural, sivilizasiyalı Azərbaycanın vətəndaşı olmaq lehinə seçim etməlidirlər.

- Cənab Markov, zaman ayırdığınıza görə, təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Almanlar orduda xidmət etməkdən imtina edirlər – Rekord göstərici

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

Üç bürcü yaxın günlərdə məyusluq gözləyir

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

İdman yoxsa estetik? — Oğuzhan Koçun əzələləri saxtadır? – FOTO

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Dünyanın ən yaxşı mətbəxləri açıqlandı - Siyahıda Azərbaycan da var

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Cəlilabadda üç uşaq anasının ərini qətlə yetirməsinin DETALLARI

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

Ülvi Mehdiyev: "ASAN" könüllüləri artıq rəhbər vəzifələrdə çalışırlar - VİDEO

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

ABŞ İrana qarşı növbəti hücuma BAŞLADI

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Qusarda əlilliyi olan uşaqlar üçün yeni mərkəz yaradıldı - FOTO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Prezidentin köməkçisi IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: İyulun 16 və 17-dən bu yollar BAĞLANIR

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Dron hücumuna məruz qalan gəminin 10 azərbaycanlı ekipaj üzvü Vətənə yola salındı

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Səfir: "Qahirə və Bakı arasında birbaşa reyslər açıla bilər"

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Dünyada 700 milyona yaxın şəxs "ASAN xidmət" modelindən faydalanır - VİDEO

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Bakının bu mərkəzi hissələri qazsız qalacaq

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Balakəndə 41 müəllimin MİQ imtahanı yarımçıq qaldı - RƏSMİ

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Bakı və Lənkəran sakinlərinin NƏZƏRİNƏ: İşıq olmayacaq

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Şəmkirdə VAZ və “Volkswagen” toqquşdu: Xəsarət alanlar var - FOTO

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

Argentina - İngiltərə matçı öncəsi siyasi QƏRAR: Azarkeşlərə qadağa qoyuldu

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

ABŞ-İran müharibəsinin qiyməti: Pentaqon hərbi əməliyyata nə qədər pul xərcləyəcək?

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO

End of content

No more pages to load

RADİO