Ombudsmandan Xankəndi-Laçın yolu ilə bağlı qərəzli yanaşmalara REAKSİYA

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi - Laçın yolu ətrafında dinc aksiyalara münasibət bildirib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, Ombudsman bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri tərəfindən Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalar 9-cu gündür ki, davam edir:

"Aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaqdır.
Qeyd edilməlidir ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, ölkəmiz öz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan etmişdir.

Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün qaynar xəttin yaradılmasıdır.

Eyni zamanda, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar.

Belə ki, zəruri yüklərin çatdırılmasına, humanitar məqsədli sərbəst keçidə hər hansı maneə yoxdur. Sülhməramlıların ailə üzvlərinin bu yoldan keçidinə də imkan yaradılıb.
Eləcə də, təcili tibbi yardım maşınlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi-Laçın yolu vasitəsilə sərbəst keçidinə şərait yaradılıb.

Ombudsman olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, bir daha xarici dövlətləri, beynəlxalq qurumları, xarici media və vətəndaş cəmiyyəti institutlarını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə, Ermənistanın postmüharibə dövründə təxribatlar törətməklə davamlı olaraq sülhə zərbə vuran addımlarına münasibətdə də eyni həssaslığı nümayiş etdirməyə, bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO