“2021-ci ildə erkən nikaha məcburetmə ilə bağlı bir cinayət işi açılıb”
Bizim.Media xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyinin təmin edilməsi ilə bağlı illik hesabatı parlamentə təqdim edərkən bildirib.
“Erkən nikahla bağlı isə açılan cinayət işlərinin sayı 6-ya bərabər olub. 2020-ci ildə 18 yaşadək qızlar tərəfindən 1917 uşaq dünyaya gətirilib. 2021-ci ildə isə bu say 1650-yə enib. 2021-ci ildə bu statistika üzrə ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşüb”, - deyə komitə sədri əlavə edib.
Murad Əhmədov, Bizim.Media