“Aksiyalarımız təkcə ekologiyamızın qorunması, ərazi bütövlüyümüzün bərpası üçün deyil, eləcə də separatçı rejimdən əziyyət çəkən hay əsilli vətəndaşlarımızın müdafiəsi üçün mübarizə aparırlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Mənim üçün təəccüblü gələn budur ki, axı Fransanın Korsikada törətdikləri Avropanın qulağının dibindədir, qurbanlar isə Myanmardakı müsəlmanlar yox, xristian qardaşlarıdır, amma beynəlxalq təşkilatlar buna qarşı susurlar. Eyni zamanda düşünürəm ki, Korsikada insan hüquqlarının pozulması Türk Dövlətləri Təşkilatında qaldırılmalıdır”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media