“Parlament partiyaların tələblərini nəzərə aldı” Siyasilərin yeni qanuna MÜNASİBƏTİ

Xəbər verdiyimiz kimi, “Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında III oxunuşda qəbul olundu. İyul ayından bəri müzakirə olunan, ictimai dinləmələrə çıxarılan layihə ilə bağlı ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflə çıxış edib.

Son müzakirələrdən öncə isə bir sıra partiyalar qeydiyyat zamanı üzvlərin identifikasiya nömrələrinin tələb olunması məsələsi ilə bağlı etirazlarını bildirmişdi. Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa layihənin II oxunuşda müzakirəsi zamanı sözügedən müddəanın layihədən çıxarılmasını təklif etmişdi.

Və III oxunuşda layihəni Milli Məclisə təqdim edən vitse-spiker Əli Hüseynli üzvlərin fərdi identifikasiya nömrələrinə tələbin aradan qaldırıldığını bildirib. 

Sözügedən məsələyə Bizim.Media-ya açıqlamasında münasibət bildirən millət vəkili Fazil Mustafa qeyd edib ki, “Siyasi partiyalar haqqında” qanun layihələri müzakirələr zamanı edilən dəyişikliklərin sayına görə ilk sıralarda qərarlaşıb:

“Bu da onu göstərdi ki, ictimaiyyətin həssaslığı qanunverici orqan tərəfindən çox ciddi şəkildə nəzərə alınıb. Layihənin əvvəlki variantlarında bir çox məhdudlaşıdırıcı müddəaların olduğunu nəzərə alsaq, düşünürəm ki, bu məsələdə daha konstruktiv addım atıldı. Sırf sözügedən məsələdə də qanunverici orqan partiyaların maraqlarını nəzərə aldı. Eyni zamanda partiya quruculuğu zamanı meydana gələ biləcək çətinlikləri diqqətdən kənarda qoymadı və əsas məsələ də bu idi.

Hesab edirəm ki, bu olduqca vacib məqamdır. Çünki qanun ölkənin siyasi həyatında önəmli yer tutun mövzuya həsr olunduğuna görə, bu məsələdə mütləq şəkildə cəmiyyətdən, partiyalardan gələn təkliflər qiymətləndirilməli idi. 

Bizim də xeyli təkliflərimiz nəzərə alındı. Bunu müsbət tendensiya kimi qiymətləndirirəm. Gələcəkdə praktiki fəaliyyətdə hansısa çətinliklər meydana çıxarsa, onda yenə də qanunvericiliyi təkmilləşdirmək mümkündür. Çünki bu elə bir qanundur ki, partiyaların maraqları nəzərə alınmalıdır. Qanun da buna yetərincə imkan yaradıb”.

Fərdi identifikasiya nömrələrinin tələb olunması ilə bağlı narahatlığını ifadə edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də bir çox təklif və iradlarının qanunda nəzərə alındığını qeyd edib:

“Hesab edirəm ki, qeydiyyat zamanı identifikasiya nömrələrinin tələbinin qanundan çıxarılması doğru addımdır. Bu gələcəkdə partiyalar üçün problemlər yaratmayacaq. Qanun qəbul edilənə qədər verdiyimiz təkliflər, iradlar artıq geridə qaldı. Təbii ki, qanun qəbul edilibsə, ona müvafiq surətdə hərəkət etmək partiyaların vəzifəsidir. Bu mənada Milli İstiqlal Partiyası olaraq, gələcək fəaliyyətimizi qanuna uyğunlaşdıracağıq.

Təbii ki, zaman-zaman bütün qanunlar müəyyən əlavələrə və dəyişikliklərə məruz qalır. Dövrün tələblərinə uyğun olaraq, bu qanuna da dəyişikliklərin edilməsi istisna olunmur. 1992-ci ildə qəbul edilmiş əvvəlki qanuna 30 ilə yaxın müddətdə, təxminən 60-a yaxın əlavələr və düzəlişlər edilmişdi. 

İstisna deyil ki, bu qanuna da dəyişikliklər ediləcək. Xüsusilə də, gələcəkdə proporsional seçki sisteminin bərpası ilə bağlı məsələlər öz həllini tapandan sonra, müvafiq müdəalar qanunda öz əksini tapa bilər”. 

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanunun 5.3-cü maddəsinə əsasən, partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilməli idi. 20.10-cu maddəyə görə isə siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalı idi.

Beləliklə, artıq partiyanın təsis yığıncağının protokolunda təsisçilərin və səlahiyyətli şəxsin fərdi identifikasiya nömrəsi, o cümlədən siyasi partiya üzvlərinin reyestrində fərdi identifikasiya nömrəsi tələb olunmayacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO