Laçın yolundakı aksiyamızın əleyhinə çıxan ÖLKƏLƏR – Harda qaldı ekologiya təəssübkeşliyiniz?

Xəbər verdiyimiz kimi, dekabrın 12-də bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəalların iştirakı ilə Laçın yolunda aksiyaya start verilib. Artıq səkkizinci gündür ki davam edən aksiyalarda fəallar Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərində təbii sərvətlərimizin talan edilməsinə etirazını bildirirlər.

Etirazlar başladığı gündən etibarən isə Rusiya hərbçiləri tərəfindən Laçın-Xankəndi yolu qapadılıb. Bu da Qarabağda yaşayan ermənilərin “humanitar böhran” nağılları uydurub, dünyanı ayağa qaldırmaq cəhdlərini meydana çıxarıb.

Erməni nağıllarıyla yuxuya gedənlər...

Və təəssüflər olsun ki, bir sıra ölkələr ermənilərin timsah gözyaşlarına inanıb, Azərbaycanın Laçın yolunu bağladığını qeyd edərək, rəsmi Bakını dəhlizdə hərəkəti bərpa etməyə çağırıblar.

Bizim.Media xəbər verir ki, ABŞ səfirliyi, ABŞ Dövlət Departamenti, Fransanın Avropa və Xarici İşlər Nazirliyi, Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Komitəsi, Kanada, Litva, Hollandiya və Yunanıstan Xarici İşlər Nazirlikləri oxşar bəyanatlarla çıxış ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçın yolunda ABŞ-ın MƏNTİQSİZLİYİ


Sadalanan ölkələr öz bəyanatları ilə açıq şəkildə ikili standartlardan çıxış etdiklərini və qərəzliliklərini sübuta yetiriblər. 

Ələxsus da, bu ölkələrin hər zaman ekologiyanın qorunmasının önəmindən bəhs etdiyi məlumdur. Hətta onlar, ekoloji təhlükəsizliyin təmin edilməsi üçün bir sıra sanksiyalara belə əl atıblar.

Eyni zamanda bu ölkələrdə ekologiya fəallarının, “Yaşıllar”ın mütəmadi aksiyalarına rast gəlinir. Günbəgün ekoloji məsələlərin Qərb ölkələrində daha aktual müzakirə predmetinə çevrildiyi də məlumdur. Artıq bu ölkələrdə siyasi mübarizə zamanı elektoratın səsinə təsir edən ən böyük faktorlardan biri hakimiyyətə iddialı olan qrupların ekoloji siyasətidir. 

Gəl gör ki, məsələ Azərbaycanın məhv edilən ekologiyasına, oğurlanan təbii sərvətlərinə gələndə, bu ölkələrin təbiət təəssübkeşliyi keçir ikinci plana. 

Ön planda isə erməni nağılları yer alır.

Bununla yanaşı, Qərbin Ukrayna savaşından sonra Rusiyaya düşmən kəsildiyi də göz önündədir. Amma erməni sevgisi onların gözlərini o qədər kor edib ki, rus ordusunun Qarabağda törətdiklərini belə görməzlikdən gəlirlər.  

Başqa bir diqqət çəkən məqam: Adıçəkilən ölkələr hər zaman sərbəst toplaşma, ifadə azadlığının zərurliyindən dəm vururlar. Amma azərbaycanlı fəallar Azərbaycan torpağında heç bir zərər vurmadan, dinc aksiya keçirəndə nədənsə bəsit hüquq və azadlıqlar da onların yadından çıxır. 

Doğrudur, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu cür bəyanatların bir çoxuna tutarlı faktlarla cavab verilib. Qeyd olunub ki, Laçın yolunu aksiyaçılarımız deyil, Rusiya hərbçiləri bağlayıblar. Eyni zamanda Azərbaycan sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan erməni vətəndaşlarımızın humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu da ifadə edib.

Amma nə fayda. Yuxarıda adlarını sadaladığımız ölkələr hadisələrə erməni pəncərəsindən baxaraq, reallığı təhrif edib, Azərbaycanı ittiham etmək variantını çoxdan seçiblər. Erməni lobbisinin kisəsindən qidalanan bu ölkələrin siyasiləri, separatizmi açıq şəkildə dəstəkləməklə əsl simalarını ortaya qoyurlar.

Lakin əbəs yerə. Çünki tələblərimiz yerinə yetirilməyənə qədər dinc aksiyalarımız davam edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO