Xankəndi-Laçın yolunda Azərbaycanlı ekoloq və fəalların iştirakı ilə kemirilən dinc aksiyanın altıncı günü davam edir.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, meydanda coşqu müşahidə olunur.
Bir tərəfdən şuarlar səsləndirilir, digər tərəfdə isə gənclər ocaq başında vətənpərvərlik mahnıları səsləndirib rəqs edirlər.
Həmçinin axşam saatlarda meydanda yenidən böyük manitor quraşdırılıb. İctimai televiziya tərəfindən manitorun quraşdırılmasında məqsəd aksiyaçıların futbol üzrə dünya çempionatının 3-cü yer uğrunda keçiriləcək Xorvatiya-Mərakeş qarşılaşmasını izləməsini təmin etməkdir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

