“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski şəxsi “Facebook” shesabında paylaşım edib.
Diplomat bildirib ki, Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulduğu üçün bu yardım indi son dərəcə vacibdir:
“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”.
Bizim.Media



