Şuşa-Laçın yolundakı aksiya ilə bağlı parlamentlərə məktublar ünvanlanıb

Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məktublarda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilərək, Laçın yolu vasitəsilə Ermənistana daşınmasına, Azərbaycanın aidiyyəti dövlət qurumları nümayəndələrinin faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə səfərinin əngəllənməsinə cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyasına başladıqları bildirilib. 

Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu vurğulanaraq, Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmədiyi qeyd edilib. 
Məktublarda həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri ilə bağlı obyektiv məlumatlandırmanın zəruriliyi xüsusilə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali məktəblərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Ali məktəblərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

Belarus lazer silahı HAZIRLADI – “2 kilometrədək bütün dronları yandırır” – VİDEO

İncəsənət məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

İncəsənət məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

Tanınmış televiziya aparıcısı xərçəngə TUTULDU

Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Zelenski: Ukrayna 3 ölkə ilə dron sazişləri imzaladı

Latviya Prezidenti Heydər Əliyev Mərkəzində

Latviya Prezidenti Heydər Əliyev Mərkəzində

Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Azərbaycanda dron kuryerlər fəaliyyət göstərəcək? – Yeni xidmət növü QAPIDA

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı – VİDEO

"Qüdrət" yenidən Moskvada “Məhəllə”dəki bəzi səhnələri təkrarladı – VİDEO

"Qüdrət" yenidən Moskvada “Məhəllə”dəki bəzi səhnələri təkrarladı – VİDEO

"Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

"Yeni Klinika"nın yeni direktoru Qalib İmanov KİMDİR? - DOSYE

ABŞ-li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU - FOTO

ABŞ-li siyasətçinin yadplanetlilərlə bağlı paylaşımı VİRAL OLDU - FOTO

“Uzak Şehir” BU TARİXDƏ sezon finalına çıxır

“Uzak Şehir” BU TARİXDƏ sezon finalına çıxır

“Qalatasaray” Türkiyə kubokunda mübarizəni dayandırdı - VİDEO

“Qalatasaray” Türkiyə kubokunda mübarizəni dayandırdı - VİDEO

Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO

Ərdoğan: İran müharibəsinin nəticələri Avropada da vəziyyəti ağırlaşdıra bilər - FOTO

ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

ABŞ kəşfiyyatı: İran hərbi potensialının böyük hissəsini qoruyub saxlayıb

Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO

Laçın kanat yolunun inşası bu tarixdə tamamlanacaq – VİDEO

Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Gəncədə Çin avtomobilləri YIĞILACAQ

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması ilə bağlı valideynlərə MÜRACİƏT – FOTO

Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Qalib İmanov “Yeni Klinika”ya direktor TƏYİN OLUNDU

Qalib İmanov “Yeni Klinika”ya direktor TƏYİN OLUNDU

Livan Prezidenti jurnalistin ölümünə görə İsraili ittiham etdi

Livan Prezidenti jurnalistin ölümünə görə İsraili ittiham etdi

"ASAN xidmət"də süni intellekt təlimləri BAŞLADI

"ASAN xidmət"də süni intellekt təlimləri BAŞLADI

End of content

No more pages to load

RADİO