Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan “yaşıl enerji” üzrə saziş imzaladı

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. 

Bizim.Media xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb.

Rumıniya Prezidentinin administrasiyasının məlumatına görə, saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun alternativ enerji potensialının maliyyələşdirilməsinə və ölkələrin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanılıb. 
Qeyd olunub ki, hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Əlavə olunub ki, bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. 

Əlavə olunub ki, Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir. 
Kotroseni sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

“Qalatasaray” sabiq futbolçusunu GERİ QAYTARDI

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

End of content

No more pages to load

RADİO