Avropa İttifaqı (Aİ) Rusiyaya reklam və ictimai rəy sorğularının aparılması xidmətlərinin göstərilməsini qadağan edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Sənədə əsasən, Aİ-nin Rusiya Federasiyasına reklam, marketinq araşdırmaları, ictimai rəy sorğuları, o cümlədən məhsulların testdən keçirilməsi və texniki nəzarət xidmətləri sahəsində xidmətlər göstərilməsi qadağan edilib.
Qeyd edilib ki, məhdudiyyətlər yeni anti-Rusiya sanksiyalar paketinin bir hissəsidir.
Bizim.Media