Bayden hərbi əməliyyatlara getməyəcək - Millət vəkili

“ABŞ-la Rusiya arasında bir neçə sahədə mürəkkəb vəziyyət yaranıb. İlk növbədə Ukrayına məsələləri, Rusiyanın Orta Şərqdəki əməliyyatları bu prosesdə var. Ölkənin daxilində insan hüquqları məsələsi çox vaxt ABŞ tərəfindən təzyiq vasitəsi kimi istifadə edilir".

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyaya qarşı ciddi cəbhə açmaq istəyir – Co Baydenin çıxışı nə vəd edir?


"ABŞ Rusiyanı kiberhücüm vasitəsilə daxili siyasi məsələlərinə müdaxilə etdiyini iddia edir. Hazırda bunun araşdırmaları gedir, ancaq faktlat təsdiq olunmayıb”.

 

Bu fikirləri Milli Məslisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə ABŞ prezidenti Co Baydenin seçkilərdən sonra ölkənin xarici siyasətini əks etdirən ilk böyük çıxışını şərh edərkən deyib. Deputat həmçinin ABŞ-ın hələ bir müddətdə çıxışlarda Rusiyanı hədəfə alacağını da istisna etmir. 


“Lakin  Rusiya ilə ABŞ arasında olan SHS-3 müqaviləsinin müddəti 5 il müddətinə uzadılması haqqında sazişin imzalanması gözlənilir. Düşünürəm ki, bu iki dövlət arasında fikir ayrılıqları olmaqla yanaşı, eyni zamanda ölkələrin münasibətində müsbət inkişaf da olacaq".

"Xatırlamaq istəyirəm ki, ABŞ-a ən böyük təhlükə Çindən gəlir. Buna görə ABŞ Rusiyanı, İran və bir çox dövlətləri Çinlə mübarizəsində öz tərəfinə çəkməyə çalışacaq”.

Millət vəkilinin fikrincə, Co Baydenin hakimiyyəti dövründə ABŞ heç bir ölkədə hərbi əməiyyatlara başlamayacaq. O, hətta Trampın tətbiq etdiyi sanksiyaların ləğvinin də gözlənildiyini, bir çox sazişin isə yenidən bərpa olunacağını vurğulayıb.

Onun fikirncə Bayden aralarında  müəyyən qədər gərginlik olan ölkələrlə münasibətlərini düzəltməyə çalışacaq.

ABŞ-la Azərbaycan münasibətlərinə gəldikdə isə A.Mollazadə:

 

“Vaxtıkən Co Bayden Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəlişin (1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəlişdir)  iştirakçısı olub".


"Ancaq senatda təmsilçi olmaqla, ABŞ kimi böyük bir dövləti idarə etmək eyni fəaliyyət deyil. Burada dövlətin bütün maraqlarının məsuliyyətini daşımaq lazımdır.

"Çünki Azərbaycan ABŞ-nın təhlükəsizlik sahəsində tərəfdaşıdır və Azərbaycanın həyata keçirdiyi strategiya ABŞ-ın maraqlarına uyğundur. Ola bilər hansısa erməni diasporasının könlünü almaq üçün bir-iki kəlmə söz söylənilə bilər, lakin düşünmürəm ki, ABŞ-ın Azərbaycanla münasibətləri pozmaq kimi bir niyyəti olsun”,- deyə bildirib.

Vüsalə Balayeva, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

End of content

No more pages to load

RADİO