“Rasim Məmmədovun həbs olunma səbəbləri məni qane etmir” - QALMAQAL

“Rasim Məmmədov 8 il əvvəl həbs olunmalı idi. Ancaq bu yaxınlarda həbs olunub və məhkəmə qarşısına çıxarılıb. Onun hansı səbəblərdən həbs olunması ilə bağlı verilən açıqlamalar məni qane etmir".

"Əslində bunlar ritorik səbəblərdir. Adının guya xırda yeyintilərdə hallandırılmasının tərəfdarı deyiləm. Rasim Məmmədov böyük cinayətlər törədib”.

Bu sözləri iqtisadçı, “Baku Steel Company”nin səmhdarı Nazim Bəydəmirli “Açıq Azərbaycan”a müsahibəsində deyib. Onun sözlərinə görə Rasim Məmmədov təkcə ona qarşı ziyan vurmayıb, 20-dən yuxarı müəssisəni zorla, həm də qoçu dəstəsinin köməyilə ələ keçirib:

 

MÖVZU İLƏ BAĞLI:

Rasim Məmmədovla bağlı DTX məlumat yaydı - 55 milyonluq mənimsəmə


“Bununla bağlı kifayət qədər video materiallar var. Kütləvi inforlasiya vasitələrinin demək olar ki, hamısında Rasim Məmmədovun yerli iş adamlarına qarşı reyder hücumları tam işıqlandırılıb.

Hətta məsələ ilə bağlı Avropa Məhkəməsinə bir neçə iş gedib. Təsadüfi deyil ki, Rasim Məmmədov təkcə iş yox, öz həyat tərzi ilə bağlı da qalmaqallar yaşayıb.

 

Xatırladım ki, ANS televiziyası Rasim Məmmədov barədə “Poladın bərkiməsi” adlı veriliş hazırlamışdı. Verilişdə çıxış edən Rasim Məmmədov bildirmişdi ki, 2000-ci ildə xarici şirkətlərin birində avtomobil xidməti göstərib. Bir müddətdən sonra həmin şirkətdə departament rəhbəri olub.


Qısa müddətdə isə onu “Baku Steel Company”-yə idarəçi kimi gətiriblər. Etiraf edib ki, 100 milyonlarla aktivi və dəyəri olan bir şirkətin qısa zamanda guya sahibi olub. Bildirir ki, zavod sahibi olandan sonra şirkətə 200 milyon dollarlıq investisiya qoyulub”.

Nazim Bəydəmirli qeyd edir ki, Rasim Məmmədov metallurgiya sahəsini monopoliyaya alandan sonra Azərbaycanda dəmirin qiyməti 50 faiz artıb:

 

“2012-ci ilin yayına qədər Azərbaycanda dəmirin qiyməti təqribən 850 manat civarında idi. Rasim Məmmədov monopoliya yaratdıqdan sonra armaturun qiyməti 50 faiz artdı. Yəni 1200 manatdan aşağı armatur yox idi. Təbii ki, iqtisadi böhran, tələb və təklif zamanı müəyyən problemlər olurdu.


O zaman dəmirin qiyməti azacıq aşağı düşsə də, ortalama qiymət 50 faiz bahalaşmışdı. İllik potensialımız 36 min ton və bu, kiçicik bir hissə idi.

“Baku Steel Company” ilə yanaşı digər istehsalçıları da götürsək, toplam bazardakı illik potensial güc 120 min ton olardı. Təbii ki, göstərilən rəqəmin 70 faizi istehsal olunurdu".

"Rasim Məmmədov minlərlə ailənin apardığı çörəyi hesablayaraq, tək əldə cəmləşməsi üçün qoçu dəstələri ilə istehsalçıları sıradan çıxardı. Nəticə etibarilə Rasim Məmmədov bazarda həm də rəqabətsiz mühit yaratdı”. 
 
Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

Xəzərdə batan şəxslərin meyitlərinin tapılması niyə uzun çəkir? - VİDEO

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Pulla bağlı bəxti gətirəcək 5 BÜRC

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Universitetlərdə müəllim çatışmır - "250 manata kim işləyər?"

Ən gec qocalan 5 BÜRC

Ən gec qocalan 5 BÜRC

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

Bakıda yataq otağında ərinə kobud cavab verən QADIN DÖYÜLDÜ

AzMİU-nun korpusu təmir ediləcək

AzMİU-nun korpusu təmir ediləcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir – VİDEO

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Azərbaycanda polkovnik VƏFAT ETDİ

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - FOTO

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

ABŞ 3 ölkədəki SEPAH tərəfdaşlarına sanksiya tətbiq etdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

Husilərin yeni qərarı Pakistan və Səudiyyə Ərəbistanını hərəkətə keçirdi

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı RƏDD ETDİ

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Gürcüstanın elektrik sistemindəki qəzanın ilkin nəticələri: Azərbaycan enerji sistemindən niyə ayrılıb?

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

Fransada dəhşətli cinayət: Cütlüyün evindən 5 körpənin qalıqları tapıldı

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

İran bu dəfə Bəhreyndəki hərbi bazaları vurdu - VİDEO

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Paşinyandan etiraf: “Ermənistanda yetişdirilən balığı yemirəm”

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Sabah bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Müəllimlərin geyimi necə olacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda qətl: 35 yaşlı gənc bıçaqlanaraq öldürüldü

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

İki qadın güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Göygöldə avtomobillər toqquşdu: 3 yaralı var - FOTO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

Ayı ilə olan görüntüsü turisti fenomen etdi - VİDEO

End of content

No more pages to load

RADİO