Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilk öncə Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edən nazir ona bu məsuliyyətli işində uğurlar arzulayıb, təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Nazir 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının böyük inkişaf yolu keçdiyini, bu gün beynəlxalq səviyyədə önəminin daha da artdığını vurğulayaraq yüksək səviyyəli görüşlərin əhəmiyyətindən bəhs edib.
Dünyada baş verən sürətli proseslər fonunda istər ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, istərsə də yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə təşkilatın mühüm platforma olduğu bildirilib.

Ölkəmizin təşkilata üzv ölkələrlə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi, qarşılıqlı əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən biri olduğu vurğulanıb. 

Görüşdə həmçinin, C.Bayramov Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz nəticəsində qəsdən ölkəmizin mədəni irsinin məhvi, talan edilməsi və mənimsənilməsindən bəhs edib. Habelə, ötən müddət ərzində ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının Ermənistanın bu illər ərzində danışıqları imitasiya etməsinin göstəricisi olduğunu diqqətə çatdırıb. 
Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilat çərçivəsində aktiv fəaliyyətini və dəstəyini yüksək qiymətləndirib. Kommunikasiya və nəqliyyat qovşaqlarının açılması ilə bölgədə yaranacaq yeni imkanların üzv dövlətlər arasında iqtisadi potensialın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb. 

Görüşdə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məmnunluqla qeyd olunub. Şuşa şəhərinin ev sahibliyi edəcəyi birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

End of content

No more pages to load

RADİO