Baş nazir Əli Əsədov Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.
Bizim.Media