"İran siyasiləşmiş şiəliklə bağlı fərqli taktika seçib" - Dövlət Komitəsi

"Son illərdə İran siyasiləşmiş şiəliklə bağlı fərqli taktika seçib. Gördülər ki, xaricdə dini təhsil alıb gəlmiş şəxslərlə bu təbliğatı aparmaq mümkün deyil. Çünki Azərbaycan cəmiyyətində onları çox rahatlıqla ifşa etmək olur. Ona görə də taktika dəyişildi".

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, dünənə qədər həm təbliğat aparılıb, həm də siyasi hakimiyyət hədəfə alınırdısa, bu gün hədəf siyasi hakimiyyət deyil, cəmiyyətdir:

"Məqsəd cəmiyyəti məzhəb, siyasi şiəlik zəminində dindarlaşdırmaqdır. Azərbaycanlıların İrana xas din xadimlərini qəbul etmədiyini nəzərə alaraq, xalqımızın dünyagörüşünə, həyat tərzinə uyğun olan, radikallıq nümayiş etdirməyən, hakimiyyətə loyallıq göstərən, siyasi iddialar səsləndirməyən, vətənpərvər, İranda dini təhsil almamış "dini liderlər" formalaşdıraraq, onların sayəsində diqqət cəlb etmədən cəmiyyəti məzhəb zəminində dindarlaşdırmağa çalışırlar.
Biz buna öz aramızda lal dindarlıq və ya sinsi dindarlıq deyirik. Növbəti mərhələdə tora salınanlar təşkilatlandırılır və dini-siyasi qüvvəyə çevrilir".

Sədr müavini həmin kontingentin necə müəyyənləşdirilə biləcəyini də diqqətə çatdırıb.

"İlk növbədə onların fəaliyyəti nəticəsində formalaşmış dindar kontingent istisnasız olaraq İranın Ali Rəhbərini təqlid edir. İkincisi, həmin qrupun tariximizə, milli adət-ənənələrimizə, cəmiyyətdəki ictimai proseslərə mövqeyi məzhəb zəminində olur.

Üçüncüsü, vətənpərvərlik pərdəsinə bürünərək şəhidlik anlayışına məzhəb prizmasından yanaşırlar. Şəhidlərin məzhəbə aidiyyəti qabardılır, həmin "din xadimləri" yalnız şiə məzhəbinə aid şəhidlərin dəfn mərasimlərində iştirak edirlər.
Hazırda da həmin şəhidlərin ailələri ziyarət olunur. Həmin şəhidlərlə bağlı mərasimlər məzhəb elementləri qatılaraq keçirilir. Sosial şəbəkələrdə yalnız şiə məzhəbli şəhidlərin təbliğatı aparılır", - deyə Gündüz İsmayılov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

"Barselona" Levandovskini bu şərtlə klubda SAXLAYA BİLƏR

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə HÖKM OXUNDU

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya SƏFƏR ETDİ - FOTO

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları CƏZALANDIRILDI

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Niyə evdə dəfnə yarpağı yandırmalısınız? - Yalnız pul üçün deyil

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Müğənni olduğu üçün kürəkəni qızı ilə görüşə qadağa qoyub - VİDEO

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Bu tarixdə QISA İŞ günü olacaq

Bu tarixdə QISA İŞ günü olacaq

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

Türk serialında növbəti dəfə Azərbaycan mahnısı səsləndi - VİDEO

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

“Real” Luis Enrikeni baş məşqçi gətirəcək?

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə qəza olub, xəsarət alanlar var - FOTO

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

Tramp: “ABŞ və Rusiya yeni saziş hazırlamalıdır”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

“Buna görə yaşı gizlətmək mənə gülməli gəlir”

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Orta yaş sindromu NƏDİR - Yaranma səbəbləri

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

“Tottenhem”in qapıçısı “İnter”ə keçə bilər

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Polkovnik Amid Verdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Vüsalə AĞLADI: “O, seçilmiş atalardan idi…” - VİDEO

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

Zelenski: “Münaqişənin nizamlanması üzrə növbəti danışıqlar raundu ABŞ-da keçirilə bilər”

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi - VİDEO

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

Netanyahu: “İsrail İrana çox ağır zərbə endirməyə hazırdır”

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

“Yolda gördüyüm əsgərin cibinə pul qoyuram” - VİDEO

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

Tramp indi də cənnətə düşəcəyini İDDİA ETDİ

End of content

No more pages to load

RADİO