“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi".
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old tviterdə yazıb.
“Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.
Bizim.Media
