AŞPA Hüquq Komitəsi Ermənistanın Azərbaycan əleyhinə təklifini rədd etdi

Dekabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb.

Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın koridorunu bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini söyləyib.

Hətta bir az da irəli gedərək heç bir arqument gətirməsə də, Azərbaycanı dırnaqarası "soyqırım" təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərib. 

Bizim.Media-nın məlumatına görə, iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb.  

Kamal Cəfərov nəzərə çatdırıb ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş verib.
Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları isə bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar. Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Erkin Qədirli nəzərə çatdırıb ki, bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlıların məsuliyyətidir.  
Qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu xahiş rədd edilib. Vladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

Naxçıvanda su OLMAYACAQ

Naxçıvanda su OLMAYACAQ

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

End of content

No more pages to load

RADİO