Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya nota təqdim etdi

Azərbaycan Xarici İşlər Nazirliyi sülhməramlılarla bağlı Rusiyaya nota təqdim edib.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib:

"Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib.
Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur.

Cari ilin 3 dekabr tarixindən etibarən, Azərbaycan mütəxəssislərinin əraziyə səfərinin və monitorinqinin üsullarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri və Rusiya sülhməramlı kontingenti arasında danışıqlar aparılıb".

A.Hacızadə qeyd edib ki, əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib:

"Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib.

Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

Naxçıvanda su OLMAYACAQ

Naxçıvanda su OLMAYACAQ

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

End of content

No more pages to load

RADİO