Elnur Məmmədov ASEAN-ın Baş katibi ilə GÖRÜŞDÜ - FOTO 

Cari ilin 7 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İndoneziya Respublikasına səfəri çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mənzil qərargahında ASEAN-ın Baş katibi Dato Lim Lock Hoi ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa xüsusi diqqət ayırdığı qeyd olunub.

İndoneziyanın 2023-cü ildə ASEAN-a sədrlik edəcəyi xatırlanaraq, Azərbaycanın ASEAN ilə əməkdaşlığın genişləndirilməsində, bu istiqamətdə əməli addımlar atılmasında maraq ifadə olunub.
Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında (AIPA) müşahidəçi qismində qəbul olunması ilə bağlı Dato Lim Lock Hoiyə təşəkkür edilib.

Daha sonra, AIPA-nın Baş katibi xanım Hon Nguyen Tuong Van ilə görüş keçirilib. Görüş zamanı E.Məmmədov 2022-ci ilin 23 noyabr tarixində ASEAN Parlamentlərarası Assambleyasının Kambocada keçirilən 43-cü Baş Assambleyasında Azərbaycan Milli Məclisinin müşahidəçi qismində qəbul olunmasına görə məmnunluğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisi ilə AIPA arasında bundan sonra münasibətlərin daha dinamik inkişaf etdiriləcəyinə inamını ifadə edib.

Səfər çərçivəsində Elnur Məmmədovun Qoşulmama Hərəkatı Cənub-Cənub Texniki Əməkdaşlıq Mərkəzinin direktoru, səfir Diar Nurbintoro ilə görüşü baş tutub. Görüş zamanı, Azərbaycanın Hərəkata sədrliyi çərçivəsində məhsuldar fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, Diar Nurbintoronun moderatorluğu və İndoneziya XİN nümayəndələrinin, aparıcı beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, yerli medianın iştirakı ilə “Azərbaycan-İndoneziya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi” mövzusunda dəyirmi masa keçirilib.

Müzakirələr zamanı, E. Məmmədov 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində Azərbaycanla İndoneziya arasında istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda müxtəlif sahələr üzrə yaranmış əməkdaşlıq gündəliyi haqqında geniş məlumat verib, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcudluğuna diqqət çəkib.

Habelə, Azərbaycanın NAM-a sədrliyi çərçivəsində məhsuldar fəaliyyəti haqqında ətraflı bəhs edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Səfər çərçivəsində nazir müavini E.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada Bali Demokratiya Forumunun “Dəyişən dünyadan demokratiya:

Liderlik və Həmrəylik” mövzusunda 15-ci sessiyasında və “Əfqanıstanda qadınların təhsili” adlı Beynəlxalq Konfransda iştirak edib və nazir müavini hər iki tədbirdə çıxış edib. Tədbirlər əsnasında E.Məmmədov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirib.
İndoneziyaya səfəri zamanı E.Məmmədov “CNN İndonesia”nın “One to One” proqramına və “İndoneziya Səsi” dövlət radiosuna müsahibə verib.

Müsahibə zamanı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 ilik dövründə ölkələr arasında əldə olunan nailiyyətlərlə yanaşı, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivlərə, habelə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətinə diqqət ayrılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

İlham Əliyev: “Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır”

“Neftçi” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

“Neftçi” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

End of content

No more pages to load

RADİO