Prezident yeni alınmış xüsusi təyinatlı texnikalarla tanış olub - FOTO/VİDEO

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

Prezident İlham Əliyevə məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb.

“İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.

Bildirilib ki, “KamAZ” və “İveco” markalı avtomobillərdən xüsusilə yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, yanğın yerinin fasiləsiz olaraq odsöndürücü maddələrlə təmin edilməsi, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, lafet lüləsi vasitəsilə yüksəklikdə yanğınların söndürülməsi, yanğın yerinin işıqlandırılması, eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.

Diqqətə çatdırılıb ki, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.
Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

Təqdim edilən texnikalar arasında “Ural” markalı avtomobillər də var. Bu avtomobillərdən də yanğın hadisəsi zamanı yüklərin daşınması və digər işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Sonra dövlət başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobillərinə baxıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin, xüsusi 2 differensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir. Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.

Bildirilib ki, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssislərinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib.
Təqdim edilən “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir.

Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.

Bizim.Media
 















































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi – FOTO

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

“Müəllimlər həmin şagirdi çox sıxırdı” - “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR - VİDEO

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

"İdrak" liseyində güllələnən müəllimin FOTOSU

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Silahlı insidentin baş verdiyi liseydən görüntülər – VİDEO

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin KİMLİYİ BİLİNDİ

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

Gömrükdə ƏMƏLİYYAT: İrandan Rusiyaya “göyərti” aparan yük maşınında narkotik aşkarlandı – FOTO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyindəki güllələnmə ilə bağlı valideyn DANIŞDI – “İçəridən dedilər ki, şayiədir” – VİDEO

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

Müəllimi güllələyən şagirdin atasının kimliyi bilindi – DETALLAR

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

"İdrak" liseyindəki silahlı insidentlə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

Yevlaxda özünə iynə vuran 72 yaşlı kişi həyatını itirdi

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

“Fənərbağça” kubok matçında qalib gəldi - VİDEO

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

Rəsmi Bakı: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır”

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

“İdrak” liseyində güllələlənən müəllim qadın imiş... – RƏSMİ

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

"Şagird ov tüfəngini məktəbə çantasında gətirib" – Liseydən İLK AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Sumqayıtda 14 yaşlı uşaq məktəbdə vəhşicəsinə döyülüb – RƏSMİ AÇIQLAMA

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

Kividən daha çox C vitamini olan məhsullar AÇIQLANDI

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO

İranda ət kreditlə SATILIR

İranda ət kreditlə SATILIR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Nüvə anlaşmasının SONU – Dünya dağıdıcı mərhələyə QƏDƏM QOYUR

Bu bürclər üçün sınaq dövrü başlayır

Bu bürclər üçün sınaq dövrü başlayır

Naxçıvanda su OLMAYACAQ

Naxçıvanda su OLMAYACAQ

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

16 milyard dollardan çox yardım üçün iki şərti var idi - Razılaşmadı

End of content

No more pages to load

RADİO