Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ölkənin Batman şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin ilk və yeganə Pilotsuz Təyyarə Sistemlərinin Baza Komandanlığını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı diplomatik korpusu tviterdə məlumat yayıb.
Bildirilib ki, polkovnik İhsan Kaplanla gerçəkləşdirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlığı vurğulanıb.
Bizim.Media