“Bəzi partiyalar, hansı ki onlar mürtəcedirlər və parlamentdəki partiyalardan biri bu qanunun əleyhinə çıxır".
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fəzail Ağamalı “Siyasi partiyalar haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı səsləndirib.
“Onsuz da biz səs çoxluğu ilə bu qanunu qəbul edəcəyik. Lakin onlar hansı haqla bizim qəbul etdiyimiz qanunla qeydiyyatdan keçib, fəaliyyətlərini davam etdirəcəklər?”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, Respublikaçı Alternativ Partiyanın parlamentdəki təmsilçisi Erkin Qədirli “Siyasi partiyalar haqqında” qanun layihəsinin əleyhinə səs verəcəyini açıqlayıb.
Murad Əhmədov, Bizim.Media