Prezidentin İZİ İLƏ – Şimal-Qərb bölgəsində İlham Əliyevin səfərindən sonra nə baş verdi?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki və Oğuz rayonlarına səfər edib, bir sıra tarix-mədəniyyət və sosial obyektlərin açılışına qatılıblar. Əməkdaşlarımız “Prezidentin izi ilə” həmin tarixi və sosial obyektlərdə olub, onların Şəki-Zaqatala iqtisadi rayonlarında həmçinin ölkəmizin turizm və sosial- iqtisadi inkişafındakı rolunu araşdırıb.  

Şəki-Zaqatala iqtisadi rayonlarının sosial infrasturukturunda Oğuz-Şəki avtomobil yolu xüsusi önəm daşıyır.

Bu səbəbdən yenidənqurma işləri zamanı yolda genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

QEYD: Oğuz-Şəki avtomobil yolu 1980-85-ci illərdə inşa olunub. Ötən dövr ərzində yol istismar müddətini keçimişdi. İki il əvvəl 40 km-lik məsafə tamamilə sökülərək yerində ən müasir standartlara cavab verən yol infrasturukturu yaradıldı. Yolun üzərində bir neçə körpü inşa olunub həmçinin keçidlər qurulub. 

Avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər


Sürücü Nazim Cəfərov bu yoldan istifadə edənlərdən biridir. Çox əziyyət çəkdiklərini nəhayət yolunun hazır olduğunu deyir.

“Sağ olsunlar, razıyıq. Bu yolu düzəldən o briqadadan. Burada işləyən briqada doğrudan can-başla işlədi, təmir elədi bu yolu. Çox gözəl olub, camaatın rahatlığı üçün, maşınların , insanların rahatlığı üçün, ləzzət verir adama”. 

Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub.


Bir əsrdən sonra məsciddə yerli din xadimləri və sakinlərin iştirakı ilə namaz qılınıb. Artıq iki ilə yaxındır “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində təmir-bərpa işləri davam etdirilir. Layihənin qarşıdakı illərdə də davam etdirilməsi nəzərdə tutulur. 

QEYD: 2025-ci ilə kimi Qoruq ərazisində 10-a yaxın müxtəlif tarix-memarlıq abidəsinin yenidən bərpası, restavrasiyası nəzərdə tutulur. Bu sırada Xan yolunun, Şəkixanovların evinin  və dünya memarlıq incisi Şəki Xan sarayının yenidən bərpa və restavrasiyası həyata keçiriləcək.

Qoruğun memarı Seyran Məmmədov Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində həyata keçirilən layihələrdən danışır.  

“Qala divarları ərazisində kompleks bərpa işləri görülür. Bu gün iki abidənin açılış mərasimi keçirili, yəni Yuxarı Baş qoruğunun inzibatı binası hansı ki , əsgər kazarması yerləşirdi və rəsm qalareyasında işlər tamamilə qurtarıb. Tam təhvil verilib.  Və muzey binasında, arxamızda görsənən, dairəvi məbəddə,  şəbəkə sevinin yerləşdiyi keçmiş əsgər camaşırxana deyilən yerdə bərpa işləri davam edir və qla divarlarının özündə də bərpa işləri aparılır”. 

Ölkəmizin digər bölgələrində olduğu kimi Heydər Əliyev fondu Oğuz rayonunda da bir sıra layihələr həyata keçirir. Oğuz şəhərində inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçası da bu qəbildən olan layihələrdən biridir. 

Ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq var. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana,  metodist və yardımçı otaqlar yaradılıb.  Bina müasir avadanlıqlar, inventar və mebel dəstləri,  eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. 


Ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla kiçik su elektrik stansiyasından ibarət hidroqovşağın yaradılmasıdır. 

QEYD: Baş Daşağıl çayı üzərində 3 müxtəlif istiqamətdə inşa olunan kiçik həcmli su elektrik stansiyalarının ümumi gücü 3.6 meqavatdır. Bu gündən başlayaraq Baş Daşağıl kəndi ilə yanaşı Muxas kənd sakinləri də burada istehsal olunan enerjidən istifadə edir. Qarşıdakı günlərdə Oğuz şəhəri daxil digər qonşu kəndələrə də buradan enerjinin verilməsi təmin olunacaq.  


Pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. 

Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

“Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"

300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Bu rayondakı sakinlərin NƏZƏRİNƏ: Qaz kəsiləcək

Bu rayondakı sakinlərin NƏZƏRİNƏ: Qaz kəsiləcək

Trampdan İranla bağlı PAYLAŞIM: "Razılaşma istəməyənləri öldürək..." - FOTO

Trampdan İranla bağlı PAYLAŞIM: "Razılaşma istəməyənləri öldürək..." - FOTO

Kamran Əliyev Kollegiya iclası keçirdi - FOTO

Kamran Əliyev Kollegiya iclası keçirdi - FOTO

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Tramp: İranda lider yoxdur

Tramp: İranda lider yoxdur

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

End of content

No more pages to load

RADİO