Prezident Oğuz-Şəki yolunun açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir.
Qeyd edildi ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb.

Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Məlumat verildi ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.

Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib.
Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

***

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər


Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

10 günün əsgəri vəfat etdi – FOTOLAR

10 günün əsgəri vəfat etdi – FOTOLAR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO