"Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməlidir" - Ceyhun Bayramov 

“Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə bu gün onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. 

XİN rəhbəri sonra vurğulayıb ki, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şəraitin yaradılması, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir: 

“Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu yaxınlarda ailələrin birinci qrupu qayıdıb. Həmçinin Azərbaycan post münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarına bütün Azərbaycan vətəndaşlarının malik olduğu eyni hüquq və azadlıqları təmin etməklə onların öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir.

Bu xüsusda, Azərbaycan Konstitusiyası möhkəm hüquqi çərçivəni təmin edir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir.
İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalarla çirkləndirilməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir. Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub”.

O əlavə edib ki, Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir: 

“Mina hadisələrinin təxminən 55%-i Ermənistanın minalanmış sahəyə dair məlumatların təqdim edilmədiyi ərazilərdə baş verib. Bunun əksinə, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkar edilib. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək sözügedən mina sahəsinə baxış keçiriblər.

Ümumilikdə, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə keçirilmişdir. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan kobud sui-istifadədir”.
C.Bayramov həmçinin qeyd edib ki, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib: 

“Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıma və hörmət əsasında sülh təklif edib. Son iki il ərzində mənim ölkəm sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir. Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Mən Ermənistanın xarici işlər naziri ilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün 3 dəfə görüşmüşəm. 7 noyabr 2022-ci ildə Vaşinqtonda keçirilən son görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Bu xüsusda, Azərbaycan artıq Ermənistana saziş layihəsi ilə bağlı şərhlərini təqdim edib”.

XİN rəhbəri daha sonra deyib ki, Azərbaycanın yanaşması aydındır, ardıcıldır və beynəlxalq hüquqa əsaslanır:

“Təxminən 30 ilə yaxın heç bir rəsmi münasibətlərin olmamasından sonra tərəflər üçün dövlətlərarası münasibətlərin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmaq təcili zərurət təşkil edir. Bu sənəd onların iki bərabər suveren dövlət kimi hüquqlarına zəmanət verməli və dövlətlərarası münasibətlər sferasına daxil olan ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaratmalıdır.
İkitərəfli danışıqlarda dinamikanın artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası normallaşma prosesinin sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması kimi 3 əsas istiqamətində irəliləyiş kifayət qədər məhdud olaraq qalır. Hər üç istiqamətdə Ermənistan prosesə səmimi şəkildə qoşulmaqdansa, keçmiş imitasiya praktikasına sadiq qalır. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır”.

O sonra deyib ki, Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb: 

“Eyni şəkildə Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində, Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir.

Hər iki tərəfin nəhayət dayanıqlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda ATƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanı normallaşma prosesini pozmaq cəhdlərindən əl çəkməyə inandırması əhəmiyyətlidir.
Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsəti dəyərləndirməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

Fərhad Xəlilov: “Azərbaycan təsviri sənəti minilliklərin irsinə söykənir”

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

“Yaşıl tikinti” ilə bağlı təhlil APARILACAQ

Tovuzda ev yandı - Ölən var

Tovuzda ev yandı - Ölən var

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

Bakıda binanın həyətindən maşın oğurlandı, radara düşdü – VİDEO

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

Lukaşenko: “Kim hərdən bir 100 qram içmir ki?!” – VİDEO

“Temu” şərtlərini dəyişdi - FOTO

“Temu” şərtlərini dəyişdi - FOTO

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Bakıda bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

Fevralda BU BÜRCLƏRƏ böyük miqdarda pul gələcək

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

BP-nin Azərbaycanda nəşrinə dəstək olduğu kitablar açıqlandı

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Qusarda “Bənövşə” gölü su anbarının bərpasına başlanılıb - FOTO

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı QƏRAR VERDİ

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Tramp Barak Obama ilə həyat yoldaşını qorillaya “çevirdi” – VİDEO

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Şagirdi tərəfindən güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

Qazaxıstanda DƏHŞƏT – Şagird balta ilə sinif yoldaşlarına hücum etdi – VİDEO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

ADY sərnişindaşımanı 20 % artırıb - FOTO

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Bazardakı keyfiyyətsiz məhsullarla bağlı əhaliyə XƏBƏRDARLIQ

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

COVİD-19-un YENİ zombi-fraqmentləri AŞKARLANDI – RİSK altında olanlar

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

10 günün əsgəri vəfat etdi – FOTOLAR

10 günün əsgəri vəfat etdi – FOTOLAR

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar LƏĞV OLUNDU

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü zəlzələ oldu

End of content

No more pages to load

RADİO